Icma.az
close
up
RU
Qlobal İnvestisiya Xəritəsində Yeni Mərkəz

Qlobal İnvestisiya Xəritəsində Yeni Mərkəz

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


​Bakıda Prezident İlham Əliyevin himayəsi altında təşkil olunan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin iqtisadi inkişaf tarixində yeni və mühüm bir mərhələnin başlanğıcını qoydu. Dünyanın aparıcı maliyyə institutlarının, nüfuzlu investisiya fondlarının və qlobal şirkətlərin rəhbərlərini bir araya gətirən bu mötəbər tədbir Azərbaycanın yalnız regional değil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. Forum çərçivəsində keçirilən tədbirdə dövlət başçısının səsləndirdiyi fikirlər, təqdim olunan statistik göstəricilər və gələcəyə hesablanmış strateji baxışlar ölkə iqtisadiyyatının keçdiyi inkişaf yolunun miqyasını açıq şəkildə ortaya qoydu.
​Tədbir zamanı aparılan müzakirələrin mərkəzində Azərbaycanın son illərdə əldə etdiyi misilsiz iqtisadi transformasiya dayandı. Səsləndirilən rəqəmlər ölkənin qısa zaman kəsiyində nəhəng bir tərəqqi yolu keçdiyini təsdiqləyir: ÜDM-in dəfələrlə artması, adambaşına düşən gəlirlərin yüksəlməsi və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı enməsi həyata keçirilən sosial-iqtisadi siyasətin effektivliyini göstərir. Xüsusilə Dövlət Neft Fondunun aktivlərinin dəfələrlə artması ölkənin maliyyə təhlükəsizliyinin təmin olunmasında və makroiqtisadi sabitliyin qorunmasında həlledici rol oynayıb. Bütün bu göstəricilər təsadüfi xarakter daşımır; əksinə, illər boyu ardıcıl şəkildə həyata keçirilən düşünülmüşislahatların, şəffaf idarəçiliyin və güclü siyasi iradənin məntiqi nəticəsidir.
​Cənab Prezident çıxışında təkcə keçmişin uğurları ilə kifayətlənmədiklərini, əsas diqqətin gələcək hədəflərə və yeni iqtisadi çağırışlara yönəldiyini vurğuladı. Müasir dövrdə qlobal iqtisadiyyatın transformasiya keçirdiyi və enerji təhlükəsizliyinin prioritetə çevrildiyi bir şəraitdə Azərbaycan yeni inkişaf paradiqmalarını işləyib hazırlayır. Bu kontekstdə qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusilə də bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi ölkənin strateji yol xəritəsinin əsas tərkib hissəsini təşkil edir. Ölkənin malik olduğu nəhəng yaşıl enerji potensialı – xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan gigavatlarla ölçülən külək və günəş enerjisi ehtiyatları qlobal investorların diqqətini cəlb edir.
​Dövlət başçısı vurğuladı ki, mövcud enerji ötürücü infrastrukturlarının genişləndirilməsi və yeni transkontinental layihələrin icrası gələcək iqtisadi artımın təmin edilməsində əsas katalizator rolunu oynayacaq. Azərbaycan artıq ənənəvi enerji ixracatçısından regional və transmilli miqyaslı yaşıl enerji dəhlizlərinin yaradıcısına çevrilməkdədir. Bu isə ölkəyə cəlb olunan xarici investisiyaların keyfiyyətini dəyişir, kapital axınının yüksək texnologiyalar və innovativ sahələrə yönəlməsini şərtləndirir.
​II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha sübut etdi ki, ölkəmizdə mövcud olan siyasi sabitlik, əlverişli biznes mühiti və qanunvericilik bazası qlobal sərmayəçilər üçün etibarlı zəmin yaradır. Azərbaycanın təqdim etdiyi bu inkişaf modeli təkcə yerli iqtisadiyyatın deyil, həm də bütün regionun loqistik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşən strateji hədəflər Azərbaycanın yaxın onilliklərdə də qlobal investisiya məkanında əsas cazibə mərkəzlərindən biri olaraq qalacağını qəti şəkildə təsdiqləyir.
Orxan Baxşəliyev
YAP Yevlax rayon təşkilatının fəalı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri