Yeni Kaledoniyada müstəqillik tərəfdarları Bujiqal razılaşmasını rəsmən rədd edib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni Kaledoniyanın əsas müstəqillik hərəkatı olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) hökumət və müstəqillik tərəfdarları ilə iyulun əvvəlində imzalanmış Bujival sazişindən imtina edib.
Oxu.Az-ın "Le Monde"yə istinadən verdiyi xəbərə görə, Yeni Kaledoniya dövlətinin yaradılmasını nəzərdə tutan sazişdən imtina barədə qərar avqustun 9-da FLNKS-in növbədənkənar qurultayında qəbul edilib və bu gün Numea şəhərində keçirilən mətbuat konfransında təsdiqlənib.
Bəyanatda bildirilib ki, razılaşma hərəkatın mübarizə prinsipləri və əldə etdiyi nailiyyətlərlə uyğun gəlmir.
Qeyd edə ki, sənəd "Yeni Kaledoniya Dövləti" və "Kaledoniya vətəndaşlığı" anlayışlarının yaradılması, eləcə də pul vahidi, ədliyyə və polis kimi bəzi səlahiyyətlərin ötürülməsi imkanını nəzərdə tutulur. Lakin burada yeni müstəqillik referendumu keçirilməsi yer almır ki, bu da müstəqillik tərəfdarları arasında ciddi narazılıq yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















