Yeni Klinikanın baş həkimi: Təyyarə qəzasında yaralananlardan biri sabah əməliyyat olunacaq AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 dekabr, AZƏRTAC
Aktauda təyyarə qəzasında yaralanan bir sərnişin xəstəxanaya baldır sümüyünün açıq qəlpəli sınığı diaqnozu ilə daxil olub. Onun üzərində osteosintez dediyimiz əməliyyata hazırlıq görülür. Çox güman ki, o, sabah əməliyyat olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Klinikanın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünən saat 19 radələrində Yeni Klinkaya 14 nəfər yerləşdirilib: "Onlar gələndə neyrocərrahi, travmatoloji briqada hazır gözləyirdi və müvafiq şöbələrə yerləşdirildilər. Hazırda yaralılardan biri reanimasiyadadır. Xəsarətlərə əsasən bədənin müxtəlif saylı küt travmaları, bədən cızıqları, yüngül sümük sınıqlar daxildir” - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 Dekabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















