Aktau yaxınlığındakı təyyarə qəzasında yaralananlardan dördü reanimasiyadadır AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 27 oktyabr, AZƏRTAC
Manqıstau vilayətinin çoxprofilli xəstəxanası Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alanların hazırkı vəziyyəti barədə məlumat verib.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, hazırda təyyarə qəzasında xəsarət almış 6 nəfər xəstəxanada müalicə alır. “Onlardan dördü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə ağır, üçünün vəziyyəti isə stabil ağırdır. İki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir", - deyə tibb müəssisəsindən bildirilib.
Qeyd edilib ki, altı xəstədən üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Putin və Tokayev Aktau yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər AZƏRTAC
28 Dekabr 2024 20:20
Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı yazılıb AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi
31 Dekabr 2024 17:39
Təyyarə qəzasında yaralananlardan XƏBƏR VAR
06 Fevral 2025 09:58
Yeni Klinikanın baş həkimi: Təyyarə qəzasında yaralananlardan biri sabah əməliyyat olunacaq AZƏRTAC
27 Dekabr 2024 17:39
Təyyarə qəzasında yaralananlardan 11nin vəziyyəti ağırdır
25 Dekabr 2024 18:41
Baxış sayı:157
Bu xəbər 27 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















