Yeni komandan təyin edildi
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib. Pravda.az Bakupost.az-a istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.
Xatırladaq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edirdi.
Onu da qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

“Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 15:22
Hərbi Dəniz Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
18 Dekabr 2024 11:21
Ermənistan xüsusi təyinatlılarına yeni komandan təyin edildi
27 Noyabr 2024 20:31
“Cənub” ordusuna yeni komandan təyin edildi Yeni Çağ Media
26 Noyabr 2024 15:38

