Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Yeni mərhələnin başlanğıcı

Yeni mərhələnin başlanğıcı

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın dünyanın geosiyasi müstəvisində artan rolu xarici ölkələrlə əlaqələrin güclənməsinə təkan verir. Bunun nəticəsidir ki, son illər ölkəmizlə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərin sayı artıb. Xüsusilə də, müxtəlif Afrika ölkələri Azərbaycanla münasibətləri inkişaf etidirirlər. Belə ölkələrdən biri də Somali respublikasıdır. Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan bu Afrika ölkəsi Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq təşkilatlarda ölkəmizə dəstək verib”. Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə, Azərbaycanın Afrikada mövqeyi COP29 iqlim sammitindən sonra daha da güclənib: “Bakı sammitində Afrika ölkələrinə iqlim problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün imkan tanındı, meydan verildi. Azərbaycan Prezidenti inkişaf etmiş dövlətlərə çağırış edərək Afrikadakı ölkələrin iqlim problemlərinin həllinə dəstək vermələrinin vacibliyinə toxundu. Cənab İlham Əliyevin həm COP29 sammitində, həm də digər beynəlxalq tədbirlərdə Afrika ölkələrinə dəstək çıxışları bu gün öz müsbət nəticəsini verməkdədir. Azərbaycanın digər ölkələrlə olduğu kimi Afrika dövlətləri ilə də münasibətləri bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Humanitar və mədəni əlaqələrimiz ildən ilə dərinləşir. Azərbaycanın müxtəlif humanitar fondları, dövlət qurumları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir. Azərbaycan Afrikada müstəmləkəçilik və onun yaratdığı fəsadların gündəmə gətirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilir. Xüsusilə də, Bakı Təşəbbüs Qrupunun bu səpkidə gördüyü işlər müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlar tərəfindən təqdir olunur. Dünyada ikinci ən böyük qitə olan Afrika zəngin təbii ehtiyatları, mədəni müxtəlifliyi, və mövcud potensialına görə qlobal landşaftda mühüm yer tutur. Qədim sivilizasiyaların mərkəzi olan Afrika həm də müasir geoiqtisadiyyatda mühüm yer tutur. Bu da Afrikanı imperialist dövlətlər üçün hədəfə çevirir. Azərbaycan və Türkiyə hər zaman böyük dövlətlərin bu siyasətinə qarşı çıxıb və iki qardaş ölkə Afrika siyasətini koordinasiya edərək ədalətli mövqe ortaya qoyurlar”.
M.Vəliyeva qeyd etdi ki, Bakıda Somali və Azərbaycan arasında imzalanan sənədlər qarşılıqlı iradəyə söykənərək ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verəcək: “Prezidentlərin görüşündə əsas müzakirə mövzusundan biri təhsil sahəsində əməkdaşlıqla bağlı olub. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlər mövcuddur. Somalidən olan tələbələr Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alırlar. Gələcəkdə onların sayı artırılacaq. Onların müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı gəəcəkdə Somalinin iqtisadi inkişafına fayda verəcəkdir. Azərbaycan Somalinin infrastrukturu, liman qurğuları və kənd təsərrüfatına sərmayə yatıra bilər. Müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün güclü potensial mövcuddur. Azərbaycanın 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında antiterror tədbirləri zamanı əldə etdiyi hərbi uğurlar müdafiə sənayemizə olan xarici marağı artırıb. Prezidenti Hasan Şeyx Mahmudun Bakı səfərində Somali hərbçiləri üçün təlimlərin keçirilməsi, müdafiə avadanlığının birgə istehsalı, təchizatı sahəsində əməkdaşlıq müzakirə olunub”.
Deputat sonda bildirdi ki, Somalinin Azərbaycanla əlaqələrə getdikcə daha çox diqqət yetirməsinin bir sıra səbəblər mövcuddur: “Amma əsas səbəblərdən biri qeyd etdiyimiz kimi, Azərbaycanın beynəlxalq xarakterli bir çox məsələlərdə aktiv rol alması və Afrika ölkələrini müdafiə etməsidir. Azərbaycan-Somali əlaqələrinin inkişafı üçün güclü potensial mövcuddur. Somali Prezidentinin Azərbaycana səfəri bu əlaqələrin inkişafına mühüm töhfə verir. Səfər çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün aparılan müzakirələrin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək. Somali ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın bütün Afrika ölkələri ilə münasibətlərinə də müsbət təsir göstərəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri