Yeni mövsüm bir neçə futbolçumuz İstanbula yollanacaq Səid Bağırov
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Bugünlərdə Türkiyənin ən məşhur FİFA agentləri və klub rəhbərləri ilə səmərəli görüşlər keçirdik.
Bizimlə müqaviləsi olan futbolçular İstanbulun ən köklü klubunda baxışda olacaqlar.
Məqsədimiz onların legioner həyatı yaşamasıdır”.
Fanat.Az xəbər verir ki, munu Sportinfo.az-a açıqlamasında Azərbaycanın imtahanla keçən ilk rəsmi FiFA meneceri Səid Bağırov deyib.
İstanbulda Türkiyənin ən məşhur FİFA agentlərinin dəvəti ilə görüşlərdə iştirak edən “QOLAT Football Agency”nin rəhbəri perspektivdə qarşılıqlı səfərlərin olacağını, artıq bir neçə tanınmış futbol adamının qarşıdakı günlərdə Azərbaycana səfər edərək Premyer Liqa matçlarını yerində izləmək istədiklərini deyib.
Yaxınlarda sürprizlər ola biləcəyinin anonsunu verən Səid Bağırov “Ümraniyyəspor”un akademiyasında olub və komandanın baş məşqçisi Bülent Bölükbaşı ilə görüşüb, maraq göstərdiyi oyunçuların siyahısını təqdim edib: “Yeni mövsüm öncəsi bir neçə futbolçumuz İstanbula yollanacaq. Hələlik adı çəkmək istəmirəm.
Qoy indi sirr olaraq qalsın. Gələn həftə tanınan türkiyəli baş məşqçilərdən biri Azərbaycana səfər edəcək.
Hətta izləmək istədiyi matçların siyahısını da tərtib edib. Bu “Səbail” - “Turan Tovuz”, “Zirə” - “Qarabağ” və “Sabah” - “Kəpəz” qarşılaşmalarıdır.
Şirkət olaraq bizimlə çalışmaqdan məmnun olduğunu diqqətə çatdırıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 29 Mart 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















