Icma.az
close
up
RU
Yeni mövsümün təqvimi açıqlanıb

Yeni mövsümün təqvimi açıqlanıb

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Futzal üzrə UEFA Çempionlar Liqasının 2025-2026-ci il mövsümünün formatı və oyunların keçiriləcəyi tarixlər açıqlanıb.

İdman.biz xəbər verir ki, yeni mövsümün reqlamentində dəyişiklik edilib.

Hazırda Yüksək Liqanın başa çatmasına 2 tur qalıb və Azərbaycan çempionu hələ məlum deyil.

İlkin və əsas mərhələdə komandalar əvvəlki illərdəki kimi, hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Yenilik isə elit-raundun 1/8 və ¼ final mərhələləri ilə əvəzlənməsidir.

Yeni mövsümdə apreldə milli komandaların açıqlanan reytinq cədvəlinə uyğun olaraq (Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna) ilk 4 pillədə yer alan ölkələr hərəyə 2 komanda ilə təmsil olunacaq.

*Rusiya klubları yarışa buraxılmayacaqlar.

Təqvim

İlkin və əsas mərhələnin püşkatması: 3 iyul

İlkin mərhələnin oyunlar: 26-31 avqust

Əsas mərhələnin oyunları: 28 oktyabr – 2 noyabr

1/8 final mərhələsinin püşkatması: 6 noyabr

1/8 final mərhələsinin oyunları: 24 noyabr və 5 dekabr

¼ final oyunları: 23 fevral və 6 mart

Final mərhələsi: 7 və ya 8, 9 və ya 10 may

İlkin mərhələ (26-31 avqust 2025)

Reytin cədvəlinin aşağı pillələrində (iştirakçıların sayından asılı olaraq) yer alan komandalar mübarizəyə ilkin mərhələdən başlayacaq. Püşkdən asılı olaraq qruplarda komandaların sayı 4 və ya 3 olacaq.

Qrup qalibləri və saydan asılı olaraq ən yaxşı ikinci və ikincilər əsas mərhələyə yüksələcək.

Əsas mərhələ (26 oktyabr – 2 noyabr 2025)

A yolu

Burada turnirin sonuncu qalibi, ən yüksək reytinqə sahib 11 klub, eləcə də reytinq cədvəlinin 16-cı-19-cü sıralarında yer alan 16 komanda iştirak edəcək. İştirakçılar hər birində 4 komanda olmaqla 4 qrupa bölünəcək. Hər qrupdan bir klub oyunlara evsahibliyi edəcək. Reqlamentə əsasən, hər qrupda ilk 3 yeri tutan klub növbəti mərhələdə oynamaq hüququ qazanacaq.

B yolu

Reytin cədvəlinin 12-ci – 15-ci pilləsində qərarlaşan 4 klub, həmçinin 20-ci pillədən sonrakı (ilkin mərhələdə iştirak etməyənlər), eləcə də ilkin mərhələdən vəsiqə qazananlar iştirak edəcəklər. Burada da 16 klub 4 qrupa bölünəcək. Ancaq birinci pilləni tutan komandalar (cəmi 4 klub) mübarizəni davam etdirəcək .

1/8 final (24 noyabr və 5 dekabr 2025)

Elit-raund ləğv olunduqdan sonra, əsas mərhələdən sonra komandalar 1/8 və ¼ finalda iştirak edəcəklər. B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib 2 oyunun ümumi nəticəsinə əsasən müəyyənləşəcək. Cütlüklər püşkatma yolu ilə müəyyənləşəcək. Püşkatma isə noyabrın 6-da keçiriləcək.

¼ final (23 fevral və 6 mart 2026)

1/8 final mərhələsində keçiriləcək 2 oyunun ümumi nəticəsində qələbə qazanan komandalar ¼ finalda rəqib olacaqlar. Burada da qalib cütlüklər arasında keçiriləcək 2 oyunda müəyyənləşəcək.

Final turniri (7/8 və 9/10 may)

Final turnirində 4 komanda iştirak edəcək. Yenə yarımfinal oyunları keçiriləcək. Qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 May 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri