Icma.az
close
up
RU
Yeni müharibə riski: “Sülh sazişi imzalanmayıbsa...”

Yeni müharibə riski: “Sülh sazişi imzalanmayıbsa...”

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deputat: “Bir tərəfdən sülh sazişinin imzalanmasına çağırış etmək, digər yandan silahlanmaq məntiqə uyğun deyil”

Ermənistan ordusunun şərti sərhəddə Azərbaycan hərbi mövqelərini atəşə tutması fonunda erməni rəsmilərinin sülh sazişi ilə bağlı bəyanatları sülh prosesində ziddiyyətlərin olduğunu ortaya qoyur. Sülh sazişi layihəsi üzərində danışıqların rəsmi Bakı və İrəvan tərəfindən yekunlaşması ilə bağlı açıqlamalardan sonra Ermənistan tərəfindən sazişin imzalanmasının tezliklə mümkün olması barədə bəyanatlar səsləndirilir. Amma Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı şərtləri var ki, bunlar İrəvan tərəfindən hələ də yerinə yetirilməmiş qalır. Eyni zamanda, Ermənistan xaricdən yeni hücum silahları tədarük etməkdədir. Ekspertlər isə hesab edirlər ki, Bakının şərtləri yerinə yetirilmədən sülh sazişinin imzalanması mümkün görünmür. Ən azı, yaxın müddətdə müqavilənin imzalanması real deyil.

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev AYNA.AZ-a müsahibəsində deyib ki, Ermənistana sazişin imzalanması üçün tələb olunan şərtlərin yerinə yetirilməsi istiqamətində beynəlxalq aləm tərəfindən təzyiqlər göstərilməlidir:

- Təbii ki, həmin xarici güclər sülhdə maraqlıdırlarsa... Amma nə ABŞ, nə Fransa, nə də Rusiya Ermənistana sülh sazişinin bağlanması üçün təzyiq göstərmək niyyətində deyil və təzyiq etməyəcəklər. Onlar ancaq Azərbaycana təzyiq siyasəti həyata keçiriblər. Bu günədək həmin qüvvələr Ermənistanın haqsız, işğalçı olduğunu bilə-bilə göz yumublar, bu haqsız mövqeni müdafiə ediblər. Elə bu gün də onlar Ermənistanın silahlandırılmasını davam etdirirlər. Həmin ölkələrdə ermənipərəst qüvvələr Ermənistanın uduzmayacağı, az-çox qalib çıxacağı tərzdə sülh sazişinin imzalanmasına çalışırlar. Azərbaycan nə qədər güzəştə gedərsə, o zaman Azərbaycana sağ ol deyəcəklər. Yenə deyirəm, onların Ermənistanı sıxışdırmağı gözlənilmir.

Məsələ burasındadır ki, sülh sazişinin imzalanması ümumilikdə region üçün əhəmiyyətlidir. Amma saziş imzalanmırsa, hər şey bərbaddır, regionun inkişafı dayanacaq söhbətləri də mənasızdır. Belə bir şey yoxdur. Sadəcə sülh sazişi bağlanmayanadək müharibə təhlükəsi qalır. Bu isə regiona marağı olan dövlətlərdə, bölgəyə investisiya qoymaq istəyən şirkətlərdə bir şübhə və narahatlıq yaradır. Bu baxımdan, sülh sazişinin imzalanması lazımlıdır. Amma bunu əngəlləyən məsələlər mövcuddur və bu məsələlərin nədən ibarət olması aydındır.

- Sazişin nə zaman imzalanacağını proqnozlaşdırırsınız?

- Bundan əvvəl də demişəm, sülh müqaviləsi 2027-2028-ci ildən tez imzalana bilməz. Çünki bu il, yaxud gələn il sazişin imzalanması perspektivi görünmür. Düzdür, Bakı ilə İrəvan arasında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb, amma bu, o demək deyil ki, saziş tezliklə bağlanacaq. Məlumdur ki, Azərbaycanın üç əsas şərti var: Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Minsk Qrupunun de-yure ləğvi ilə bağlı ATƏT-ə müraciət və Avropa Müşahidə Missiyası adı altında sərhədə yerləşdirilən hərbi missiyanın oradan çıxarılmasıdır. Ermənistan isə bunlara əməl etmir.

İkincisi, sülh sazişi imzalananadək tərəflərin, xüsusilə də Ermənistanın atmalı olduğu xeyli addımlar var. Məsələn, iki ölkə arasında diplomatik münasibətlər bərpa oluna bilər. Bunun sülh sazişinə aidiyyəti yoxdur. Sülh sazişi daha çox ona görə lazımdır ki, beynəlxalq aləmə deyilsin: biz barışdıq, daha müharibə etmirik. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına Ermənistan “hə” deməlidir. Çünki bu dəhliz məsələsi də sülh sazişinə aidiyyəti olmayan məsələdir. Digər bir çox addımlar da var ki, Ermənistan bunları etməlidir.

- Azərbaycanın şərtləri sırasında həmçinin Qərbi Azərbaycana qayıdış məsələsi də öz əksini tapıb...

- Əlbəttə, öz dədə-baba torpaqlarından çıxan azərbaycanlıların qayıdışının təmin olunması vacibdir. Heç bir günahı olmayan insanlar öz doğma torpaqlarından Ermənistan dövlətinin deportasiya, zorakılıq siyasəti nəticəsində didərgin düşüblər, mülkləri talanıb, maddi-mənəvi ziyanlar vurulub. Bu insanların hüquqlarının bərpa edilməsi son dərəcə vacibdir. Bu mənada, Azərbaycanın tələbini yerinə yetirməyə İrəvan borcludur. Ermənistanın addımlarından biri də məhz bu istiqamətdə olmalıdır.

Qərbi Azərbaycana qayıdış məsələsində başqa bir məqam da var. Ermənistanın siyasi rəhbərliyi nədənsə Minsk Qrupunun ləğvi tələbi ilə Qərbi Azərbaycana qayıdış məsələsini bəzən eyniləşdirir. Onlar bildirirlər ki, Qərbi Azərbaycan İcması da ləğv olunmalıdır. Amma İrəvandakılar anlamalıdırlar ki, bu məsələlər fərqlidir, bir-biri ilə əlaqəsi olmayan məsələlərdir və Qərbi Azərbaycan İcması ləğv oluna bilməz. Bu insanlar necə öz dədə-baba torpaqlarından, tarixi ərazilərindən imtina edə bilərlər?! Bu, mümkünsüzdür. Ermənistan Qərbi Azərbaycandan zorla çıxarılmış insanların hüquqlarını bərpa etmək istiqamətində addımlar atmalıdır.

- Ermənistan ağır silahlarla silahlanır, şərti sərhəddə atəşkəsi tez-tez pozmağa başlayıblar. Bu, yeni müharibə ehtimalını nə qədər artırır?

- Əvvəldə də dediyim kimi, sülh sazişi imzalanmayıbsa, hərbi toqquşma riski hər zaman qalacaq. Əlbəttə, Ermənistan təxribatlara əl atarsa, o zaman Azərbaycan lazım olan bütün addımları atacaq. Daha doğrusu, atmaq məcburiyyətində qalacaq. Bu isə yeni gərginlik, yeni hərbi toqquşma deməkdir. Hesab edirəm ki, Ermənistan hücum silahları ilə silahlanmanı dayandırmalı, regionda gərginliyin yaranmasında maraqlı olan qüvvələrin aləti funksiyası rolunu üzərindən atmalıdır. Bu gün regionda hərbi toqquşmada maraqlı olan qüvvələr var ki, bundan öz məqsədləri üçün istifadə edə bilsinlər. Rəsmi İrəvan buna imkan verməməlidir. Təbii ki, əgər sülh bəyanatlarında səmimidirlərsə. Bir tərəfdən sülh sazişinin imzalanmasına çağırış etmək, digər yandan silahlanmaq məntiqə uyğun deyil və Ermənistanın səmimi olmadığını göstərir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Mart 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri