Icma.az
close
up
RU
Sülh sazişi imzalanarsa...

Sülh sazişi imzalanarsa...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Qafqazın inteqrasiya olunmuş regiona çevrilməsində heç bir maneə qalmayacaq

Ermənistanın 30 ildən artıq yürütdüyü işğalçı siyasət Azərbaycanın gücü və qüdrəti ilə sona çatdırıldı. Beləliklə, uzun sürən müharibədən sonra Cənubi Qafqaz son 30 ildə ilk dəfədir sülhün bir addımlığındadır. SSRİ-nin dağılması ilə həm Azərbaycanın, həm də Ermənistanın müstəqillik əldə etdiyi tarixdən bu yana İrəvan təcavüzkar siyasəti ilə regionda normal dövlətlərarası münasibətlərin yaranmasına, bölgənin iqtisadi potensialından tam istifadə edilməsinə imkan verməyib. 2020-ci il Vətən müharibəsi ilə aradan qaldırılan işğal faktının ardından regionda həm də yeni siyasi reallıqlar yaranıb - artıq, sülh regionun gələcək inkişafı üçün ən vacib şərt kimi önə çıxıb. 2023-cü il antiterror tədbirləri isə bu reallıqları daha da aydınlığa qovuşdurub - Azərbaycan özünün suverenliyini təmin etməklə, yeni bir mərhələyə start verib.

2022-ci ildən Azərbaycanın təşəbbüsü ilə meydana çıxan sülh prosesi isə yeni istiqamət alıb - xüsusilə, ikitərəfli danışıqların aparılması, dövlətlərin müvafiq strukturlarının birgə açıqlamalar yayması, bəzi kəndlərimizin işğaldan azad edilməsi, eyni zamanda, bəzi ərazilərlə bağlı delimitasiya və demarkasiya işlərinin görülməsi uğurlu nəticə üçün ümid yaradıb. Bu fakt həm dövlət rəsmiləri, həm də prosesə yaxın olan bir sıra qonşu ölkələr tərəfindən təsdiqlənir. Sülh isə əməkdaşlıq üçün ən real şans sayılır. Bu ilin martında sülh sənədinin 17 maddəsinin razılaşdırılıb yekunlaşdırılması isə onu göstərir ki, Ermənistan ümumregional inkişafın bir parçası olmaq üçün son addımın ərəfəsindədir - sülh imzalanacağı təqdirdə bu addım atılmış olacaq.

Top Ermənistandadır...

Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında bildirib ki, Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır: “Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq”.

Təbii ki, bölgədə əbədi sülhün formalaşması olduqca vacib amildir. İstər dövlətlərarası münasibətlərin normallaşması, istərsə də regionla bağlı böyük investisiyaların, sərmayələrin, kapitalların müzakirə mövzusu olacağı layihələrin təhlükəsizliyi baxımından sülhün vacibliyi bir daha meydana çıxır. Eyni zamanda, bölgədə sabitliyin və stabilliyin qorunması, hərbi kataklizmlərin ehtimalının ortaya çıxmaması, işğalçı təfəkkürdən əl çəkilməsi üçün sülh tam şəkildə bərqərar olmalıdır. Əks halda yarana biləcək bir boşluq bu yeni münasibətlər sisteminin oturuşmasına mane ola bilər. İkinci bir tərəfdən, “yeni dünyanın” “yeni mərkəzi” sayılan regionumuzun geostrateji əhəmiyyəti hər kəsə bəllidir - qarşıdıkı yeni çağırışların ən aparıcı ünsürü kimi meydana çıxan “yol” amilinə sahib olan Cənubi Qafqazda fərqli xarici maraqların təsir imkanlarının genişlənməsi üçün boşluq olmamalıdır. Bu və bu kimi səbəblər Ermənistan ilə Azərbaycan arasında imzalanacaq potensial sülh müqaviləsini öz analogiyalarından fərqləndirir. Yəni, bu sənədi yalnız və yalnız bölgədə stabillik əldə edilməsi üçün iki tərəfin əldə edəcəyi razılaşma kimi qəbul etmək olmaz - bu sənəd qarşıdakı dövrün ən vacib siyasi-hüquqi istinad mənbəyinə çevrilmə perspektivinə malikdir.

Cənubi Qafqazın ümumi inkişafı naminə...

Bəli, sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqazın uğurlu gələcəyi üçün strateji yol xəritəsi hazırlayır, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi və siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur. Azərbaycan yeni nizama aparan bu yolda Cənubi Qafqazın həm siyasi, həm də iqtisadi dividend qazanaraq çıxması üçün çalışır - başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Ümumən Cənubi Qafqaz mövqeyi, ideyası məzmun və mahiyyət baxımından yeni tarixi bir mərhələdir - bu, bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilləri, iqtisadi, mədəni inteqrasiyanı özündə birləşdirir. Eyni zamanda, regionun təhlükəsizliyinin, sülhün və sabitliyin təminatının qarantı kimi çıxış edir. Bu mənada, irəli sürlən təklif regionun gələcəyinin yeni inkişaf strategiyasıdır. Azərbaycanla yaxın əlaqələrə malik Gürcüstan da bu məsələdə maraqlıdır - bu həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən səsləndirilir. Prezident İlham Əliyev forumda vurğulayıb ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir: “Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik”.

Minsk qrupundan imtina edilməməsinin səbəbi...

Sülhün əldə olunması üçün isə Ermənistan son addımları atmalıdır - özünün dövlət Konstitusiyasında müvafiq dəyişiklikləri etmək üçün referendum keçirməli, Azərbaycana qarşı ərazi iddialarından rəsmən geri çəkildiyini bu formada təsdiqləməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müvafiq addımları atmalıdır. Vurğulayaq ki, sülh zəmini şərti üçün referendum tələb olunduğu halda,  ATƏT-in Minsk qrupunun ləğvi üçün hər hansı bir qəliz prosesə ehtiyac yoxdur - Ermənistan əgər sülhpərvər mövqedədirsə, bu addımı qısa zamanda ata bilər. Bu isə onu göstərir ki, Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır. Yeni situasiyanın yaranacağına ümid edir. İrəvanın bəzi dövlətlər tərəfindən aktiv şəkildə silahlandırılması da məhz buna əsaslanır. Dövlət başçısı öz çıxışında bildirib ki, onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər: “Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər”.

Ermənistan bölgəyə zərər verir...

Son 3 illik tarixə nəzər yetirsək və sülhün, təhlükəsizliyin inkişafı prosesindəki “iştirakını” nəzərə alsaq, Ermənistanın yeni mərhələdə davranışlarını proqnozlaşdırmaq çətindir. İllərdir ki, Azərbaycanın regionda yaratmağa çalışdığı əməkdaşlıq mühitinə zərər verən İrəvan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkməməklə həm regionun ümumi inkişafına mane olur, həm də bölgənin təhlükəsizliyini sual altına qoyur. Ermənistan onsuz da işğal dövründə Azərbaycan torpaqlarına kifayət qədər zərər verib - kəndlərimiz, şəhərlərimiz dağıdılıb, milli mədəniyyət abidələrimiz yerlə-yeksan olub, xarabazara çevrilib. Hazırda Ermənistan regionun fauna və florasına, təbiətinə ziyan vurmaqda davam edir. Sülh olacağı təqdirdə bu kimi addımların monitorinqi aparılacaq və bu zərər aradan qaldırılacaq. Dövlət başçısı öz nitqində bildirib ki, jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir: “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və etimadın olmamasını belə kiçik addımlarla tədricən azalda bilərik. Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik”“.

P.SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see258

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see211

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see170

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see167

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see153

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see151

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see145

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see129

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see125

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see122

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see122

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see119

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri