Icma.az
close
up
RU
Yeni münaqişə ocaqlarının yaranmasını müşahidə edə bilərik

Yeni münaqişə ocaqlarının yaranmasını müşahidə edə bilərik

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


"Münxen Təhlükəsizlik Konfransı dünyada yeni siyasi mənzərənin formalaşdırılması istiqamətində fikirləri ortaya çıxardı. ABŞ ilə Avropa Birliyi arasında konfliklər, ABŞ-nin Rusiya ilə yeni münasibətləri haqqında düşüncələri, Ukrayna konfliktinin həlli, Çinin dünya siyasətində yeri və s. bağlı fikirlər maraqla izlənməkdə və təhlilə cəlb olunmaqdadır. Görünən budur ki, ABŞ indiki halda Ukrayna müharibəsini dayandırmaq üçün Rusiya ilə əməkdaşlığa hazırdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. O qeyd edib ki, hətta bu istiqamətdə hərəkət edərkən Rusiyaya qarşı sanksiyaların yumşaldılması məsələsi gündəmə gətirilib:
"Maraqlı və eyni zamanda heyrət doğuran məqam budur ki, Ukraynada müharibənin sona çatdırılması üçün planlaşdırılan danışıqlara bu ölkənin özü dəvət edilməyib. Bu da prezident Zelenskinin kəskin etirazına səbəb olub. Ancaq hazırda Ukrayna elə bir vəziyyətdədir ki, onun istəkləri təsirsizdir. Bir tərəfdən də Trampın bu ölkənin faydalı qazıntılarının 50 faizini əldə etmək məqsədilə saziş imzalamaq istəyi kifayət qədər ciddi təzyiq sayılmalıdır. Bütün bunlar hələlik onu deməyə əsas verir ki, müharibənin dayandırılması Rusiyanın ciddi şəkildə məğlubiyyətə uğradılması, işğal etdiyi əraziləri tərk etməsi ilə nəticələnməyəcək. Bu isə faktiki olaraq Rusiyanın dünya siyasətində hegemon mövqeyini qoruması deməkdir".
Politoloqun sözlərinə görə, belə bir nəticənin Azərbaycana sözsüz ki, təsirləri olacaq:
"Cənubi Qafqaz onsuz da Rusiyanın təsiri altında idi. Əvvəl Gürcüstan, sonra isə Ermənistan onun himayəsindən imtina etməyə çalışırdı və bu cəhdlər davam edir. Azərbaycan isə bütün deyilənlərə rəğmən Rusiya ilə münasibətlərini qoruyub saxlamaqdadır. Obrazlı desək, burada Rusiyanın bir sözü iki ola bilməz. Məhz Rusiyanın siyasi və iqtisadi təsiridir ki, ölkəmizdə demokratiya, insan hüquq və azadlıqları, medianın müstəqilliyi, azad seçkilər hələ də xəyal olaraq qalır. Rusiyanın Ukrayna müharibəsindən qalib kimi çıxması Azərbaycanın yuxarıda qeyd edilən mövcud durumunun saxlanılmasına xidmət edəcək. Ancaq bu da son sayıla bilməz. Çünki geosiyasi maraqlar uğrunda savaşlar, nüfuz mübarizəsi davam edəcək. Nəticədə yaxın illərdə dünyada stabilliyin bərpa olunması haqqında nəinki danışa bilməyəcəyik, hətta yeni münaqişə ocaqlarının yaranmasını müşahidə edə bilərik".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri