Icma.az
close
up
RU
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir” MÜSAHİBƏ

“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir” MÜSAHİBƏ

Hurriyyet-dan verilən məlumata görə, Icma.az xəbər verir “İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir” MÜSAHİBƏ.

Sərkərdə Sərxanoğlu: “Hər kəs taleyin yazdıqlarına boyun əymir, bəziləri taleyini öz əlləri ilə yazır"

“Həyatda ən qaranlıq an, əslində, sənin ən parlaq işığını tapdığın andır”

"Tale yalnız bir fürsət qapısı açır, içəri girib-girməmək insanın öz əlindədir"

Bəzən həyat bizə elə insanlarla qarşılaşmaq fürsəti verir ki, onların hekayələri və baxışları yalnız özləri üçün deyil, ətrafındakı hər kəs üçün də ilham mənbəyinə çevrilir. Belə insanlardan biri də Sərkərdə Sərxanoğludur. O, yalnız bir yazar, iş adamı və lider deyil, həm də həyata baxışı ilə insanları düşünməyə vadar edən fikir insanıdır. Mübarizələrdən keçmiş, uğursuzluqlarla üzləşmiş, amma hər dəfə öz yolunu tapmağı bacarmış bir insanın baxışlarını öyrənmək bizim üçün də dəyərlidir...

Belə bir deyim var ki, böyük insanlar adətən sükutda yaranır, tarixsə onları alqışlarla qarşılayır. Sərkərdə Sərxanoğlu ilə keçirdiyimiz bu müsahibə bizə bir daha göstərdi ki, uğurun, liderliyin və insan ruhunun yüksəlişi yalnız tər tökməklə deyil, daxili güc və vizyonla mümkündür. O, həyat yolunu seçmədi – həyat onu seçdi. Bizə isə, bu ilhamverici hekayədən dərs almaq və öz yollarımızı çəkmək qalır...

Bu müsahibədə biz onun həyat yoluna, seçimlərinə və liderlik fəlsəfəsinə daha yaxından nəzər salırıq. Sərkərdə bəyin cavabları təkcə onun şəxsi təcrübələrini deyil, həm də bu günün və gələcəyin liderləri üçün mühüm dərsləri özündə əks etdirir.

- Sərkərdə bəy, əfsanələr adətən doğulmur, yaradılır. Sizcə, insan taleyini özü yaradır, yoxsa tale öz qəhrəmanını özü seçir?

- Çox maraqlı və düşündürücü sualdır. Mənə görə tale sadəcə başlanğıc nöqtəsidir, amma insanın gerçək kimliyi onun öz seçimlərində formalaşır. Bəli, əfsanələr doğulmaz, yaradılar. Amma bu yaradılış bir insanın öz içində baş verən savaşdan, mübarizədən və seçimlərindən doğur. Taleyin qəhrəmanı seçdiyini düşünənlər çoxdur, amma mən fərqli baxıram, tale yalnız bir fürsət qapısı açır, içəri girib-girməmək insanın öz əlindədir. Zəiflər taleyin gətirdiyi çətinliklərin əsiri olur, güclülər isə talelərini öz əllərində yoğurub, yenidən yazırlar. Bir insanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir. O qərar isə yalnız öz əlimizdədir.

- Həyatınızda sizi ən çox formalaşdıran və dəyişdirən çətin an hansıdır? O təcrübə sizə nə öyrətdi?

- Ən çətin anım… Deyərdim ki, həyatımda bir yox, bir çox çətin anlar olub. Amma biri xüsusilə yadımdadır. Elə bir an var idi ki, hər şey əlimdən çıxmış kimi görünürdü. İnandığım insanlar uzaqlaşmışdı, yolum qaranlıq idi və sanki hər tərəfdən çətinliklər üstümə yığılmışdı. Öz-özümə sual verdim: "Burada dayanacağam, yoxsa davam edəcəyəm"? O an məni dəyişdi. Başa düşdüm ki, heç kim mənim yükümü daşımağa gəlməyəcək, heç kim mənim üçün savaşa bilməz, öz yolumu yalnız özüm açmalıyam. O gündən sonra mən çətinliklərə başqa cür baxıram – onları maneə kimi yox, bir sınaq, bir gücləndirici mərhələ kimi qəbul edirəm. Həyatın ən böyük dərsi budur: ən qaranlıq an, əslində, sənin ən parlaq işığını tapdığın andır. Bu gün buradayamsa, o gün sınmadığım üçün buradayam.

- Özünüzə baxanda bir qəhrəmanı, bir yolçunu, yoxsa sadəcə bir insanı görürsünüz?

- Özümə baxanda nə qəhrəman, nə də sadəcə bir insan görürəm. Mən, hər şeydən əvvəl, bir yolçu olduğumu hiss edirəm. Çünki həyatın özü bir yoldur və bu yolun sonu yoxdur. Qəhrəmanlar dastanlarda yaşayır, insanlar bir gün tarixə qarışır, amma yolçular daim yoldadır. Yolçuluq mənim üçün təkcə fiziki bir hərəkət deyil, eyni zamanda ruhun, düşüncənin, xarakterin inkişafıdır. Mən hər addımda öyrənirəm, dəyişirəm, böyüyürəm. Bu yol bəzən çətin olur, amma heç vaxt geri dönməyi düşünməmişəm. Mən bir idealın, bir məqsədin yolçusuyam. Mənə görə, insanın həyatda əsas missiyası özündən daha böyük bir şey uğrunda yaşamaqdır. Bu gün mən özümə baxanda, yalnız bir insan görsəydim, deməli, məqsədim hələ tam aydın deyil. Amma mən o yolun üzərində, o məqsədin içindəyəm və bu, mənim üçün ən böyük dəyərdir. Bəzən insanlar soruşur: "Sən öz yolunu tapmısan"? Mən isə cavab verirəm ki, yol tapılmır, yol yaradılır. Mənim yolum da hələ tamamlanmayıb, amma onu özüm inşa edirəm.

- Bir gün haqqınızda kitab yazılarsa, onun adını nə qoyardınız?

- Kitabın adını düşünəndə, sadəcə bir başlıq yox, o başlığın mənası da vacibdir. Çünki ad, yalnız bir söz deyil, bir fəlsəfə, bir ruh daşımalıdır. Əgər haqqımda bir kitab yazılsa, onun adını "Yol və Qərar" qoyardım. Çünki həyat bir yoldur və o yolda hər addımımız qərarlarımızın nəticəsidir. Hər dönəmdə qarşımıza iki yol çıxır – qalxmaq və ya dayanmaq, savaşmaq və ya təslim olmaq, irəli getmək və ya geri dönmək. Mənim hekayəm də məhz bu yollar və qərarların birləşməsidir. Bu kitabda insanlara bir həqiqəti göstərmək istərdim: Həyatda hər şey taleyin deyil, insanın öz seçimlərinin nəticəsidir. Taleyin yazdığı ssenarini dəyişmək mümkündür, amma yalnız o ssenarinin içində fəal rol alanda. Əgər kitabım oxuculara öz yollarını tapmağa və doğru qərarlar verməyə ilham versə, demək ki, mənim missiyam tamamlanıb. Çünki insanın özü üçün qazandığı hər şey bir gün yox olacaq, amma başqalarına ötürdüyü dəyərlər sonsuzadək yaşayacaq.

- Özünüzə hansı mirası qoymaq istəyirsiniz? İnsanlar sizi necə xatırlasın?

- Mənim üçün miras sadəcə maddi var-dövlət deyil. Əsl miras iz qoymaqdır. İnsanlar səni unutduqda gerçək varlığın da bitmiş olur. Mən isə elə bir miras qoymaq istəyirəm ki, zaman keçsə də, adım təkcə yaddaşlarda yox, ruhlarda və düşüncələrdə yaşasın.

Məni necə xatırlamalarını istəyirəm? İnsanlar desinlər ki, “o, ömrünü boş yerə xərcləmədi, mübarizə apardı, dəyişdi və dəyişdirdi”. Əgər bir gün haqqımda danışanda “Sərkərdə Sərxanoğlu olsaydı, burada başqa cür hərəkət edərdi” deyən bir insan olarsa, deməli, mənim mirasım var. Çünki insanın ən böyük mirası ilham vermək və dəyişməyə səbəb olmaqdır. Mən nə qədər yaşayacağımı bilmirəm, amma nə üçün yaşadığımı çox yaxşı bilirəm. Mən istəyirəm ki, bu yol başqalarına da yeni yollar açsın. Əsl miras – ardınca gələnlərin sənin başladığın işi davam etdirməsidir.

- Lider doğulur, yoxsa yetişdirilir? Sizin liderlik yolunuzda əsas dönüş nöqtəsi nə oldu?

- Bu, həmişə müzakirə olunan bir mövzudur. Mənə görə, lider doğulmur – lider yetişir. Amma hər kəs lider ola bilərmi? Xeyr. Çünki lider olmaq üçün yalnız bilik və təcrübə kifayət deyil – bunun üçün iradə, cəsarət və böyük məsuliyyət daşımaq bacarığı lazımdır. Liderlik yolunda əsas dönüş nöqtəm – həyatın məni ya sıravi biri kimi yaşamağa, ya da fərq yaratmağa məcbur etdiyi an oldu. Hər insanın həyatında belə bir dönəm var, ya axına qoşulursan, ya da axını dəyişənlərdən olursan. Mən ikinci yolu seçdim. Bir gün başa düşdüm ki, lider olmaq mükəmməl olmaq demək deyil. Lider səhv edə, yorula bilər, amma lider heç vaxt dayanmaz. Mənim üçün liderlik bir titula sahib olmaq deyil, məsuliyyətin ən ağır yükünü çiynində daşımaqdır. Çünki lider təkcə özü üçün yox, bir çox insan üçün qərar verir və o qərarlar onlarla, yüzlərlə, bəlkə də minlərlə insanın həyatını dəyişə bilər. Əsas dönüş nöqtəm o an oldu ki, liderliyin, ön sırada dayanıb əmr vermək yox, insanların önündə gedib onlara yol göstərmək olduğunu anladım. Lider yalnız qalib gələndə yox, məğlub olanda da komandasının yanında olmalıdır. Və ən əsası, lider olmaq bir gün və ya bir hadisə ilə baş vermir, bu, bir ömür boyu davam edən bir prosesdir.

- Sizcə, güclü lider olmaq üçün ən vacib üç xüsusiyyət nədir?

- Güclü lider olmaq üçün bir çox xüsusiyyətlər tələb olunur, amma mənim üçün ən vacib üçü bunlardır: Birincisi; iradə və qətiyyətdir. Liderlik yolu asan deyil, çətinliklər, maneələr və təzyiqlər qaçılmazdır. Güclü lider nə qədər çətin olursa-olsun, öz yolundan dönməyən insandır. O, qarşısına çıxan problemlərdən qorxmaz, çünki bilir ki, liderlik təhlükəsiz zonada qalmaq deyil, risk etmək və nəticə üçün məsuliyyət daşımaqdır. Tarixə baxsaq, görərik ki, həqiqi liderlər həmişə öz inancları uğrunda savaşan, heç vaxt geriyə çəkilməyən insanlardır.

İkincisi, vizyon və strateji düşüncədir. Lider təkcə bu günü deyil, sabahı da görməyi bacarmalıdır. Əsl lider, bir problemi həll etməkdən daha çox, gələcəkdə o problemin yaranmasının qarşısını alan insandır. Güclü liderlər hər zaman bir neçə addım irəlidə düşünür. Onlar taktiki yox, strateji oyunçulardır. Yəni, sadəcə kiçik qələbələr üçün çalışmırlar, uzunmüddətli nəticələri nəzərə alaraq qərarlar verirlər. Ona görə də lider sadəcə idarə edən deyil, yol göstərən və istiqamət verən insandır. O, insanlara sadəcə tapşırıqlar vermir, onların niyə və nə üçün  çalışdıqlarını anlamağa kömək edir.

Üçüncüsü isə, insanları tanımaq və ruhlandırmaq bacarığıdır. Güclü liderin ən böyük silahı insanları anlamaq və ruhlandıra bilməkdir. Liderlik təkbaşına zirvəyə qalxmaq deyil, komandanı da zirvəyə daşımaqdır. Lider insanları hiss etməli, onların güclü və zəif tərəflərini tanımalı, onları doğru istiqamətə yönləndirməlidir. Əsl lider, insanları qorxu ilə deyil, inamla idarə edir. Bir komandaya rəhbərlik edəndə, ən çətin vəziyyətlərdə belə onlara güvən vermək və ruhlandırmaq liderin əsas vəzifəsidir. Çünki insanlar liderə inananda, onlar özlərinə də inanmağa başlayırlar.

Nəticə etibarilə, güclü lider olmaq üçün iradə, vizyon və insanları ruhlandırmaq bacarığı mütləqdir. Əgər lider bu üç xüsusiyyəti özündə formalaşdıra bilsə, o zaman təkcə bir təşkilatı və ya bir qrupu deyil, bütöv bir dövrü dəyişdirmək gücünə sahib olar.

- Sizi uğursuzluqlar qorxudurmu? Yoxsa uğursuzluqları bir pillə kimi görürsünüz?

- Uğursuzluq… Bu söz çoxlarına qorxulu gəlir, amma mənim üçün uğursuzluq bir məğlubiyyət deyil, bir dərsdir. Əgər insan uğursuzluqdan qorxursa, deməli, o, heç vaxt risk etməyəcək, heç vaxt böyüməyəcək və heç vaxt zirvəyə çata bilməyəcək. Böyük uğurların arxasında yüzlərlə kiçik məğlubiyyət dayanır. Mən həyatda ən böyük dərslərimi uğursuzluqlarımdan almışam. Hər dəfə bir şey alınmayanda, özümə sual vermişəm: “Bu niyə baş verdi?”, “Nəyi səhv etdim?”, “Bu səhvdən nə öyrənə bilərəm?” Uğursuzluq yalnız onu qəbul edənlər üçün son olur. Amma onu analiz edib, dərs çıxaranlar üçün uğursuzluq bir növbəti addıma keçmək üçün imkan yaradır, ya qazanırsan, ya da öyrənirsən, başqa variant yoxdur. Uğursuzluqdan qorxanlar hər zaman eyni yerdə qalır. Amma onu dərs kimi görənlər daha da güclənir və qalib gəlir. Mənim üçün hər uğursuzluq, daha böyük bir uğurun başlanğıcıdır.

- Komanda idarəçiliyi baxımından ən çətin qərarınız nə olub və o qərarı verəndə hansı hissləri keçirdiniz?

- Komanda idarə etmək yalnız insanlara rəhbərlik etmək deyil, çox ağır qərarlar vermək bacarığıdır. Çünki lider olmaq demək hər kəsi razı salmaq deyil, doğru olanı etməkdir. Bəlkə də ən çətin qərarlarımdan biri illərlə güvəndiyim və mənə yaxın olan insanlardan bəziləri ilə yollarımı ayırmaq idi. Onlarla birlikdə yola çıxmışdıq, birlikdə mübarizə aparmışdıq, amma bir gün başa düşdüm ki, biz artıq eyni istiqamətə baxmırıq. Bu qərarı verəndə çox düşündüm, çox tərəddüd etdim. Çünki insan hər zaman ən yaxınlarına inanmaq istəyir. Amma liderlik şəxsi duyğulara yox, obyektiv reallığa əsaslanmalıdır. Əgər kimsə artıq komanda ruhu daşımırsa, sənin inkişafına mane olursa, onunla qalmaq və ya onu komandada  saxlamaq yalnız sentimental bağlılıqdır. O qərarı verəndə üzərimdə böyük bir məsuliyyət hiss etdim. Amma eyni zamanda, içimdə bir inam vardı ki, çətin olsa da, bu qərar zəruridir. Bəzən lider olmaq ən çətin anlarda, ən doğru olanı etməyi bacarmaqdır.

- Sizcə, bir insanın həyatda ən böyük hədəfi nə olmalıdır?

- Həyatda hər insanın fərqli hədəfləri ola bilər – uğur, sərvət, status, bilik, nüfuz və s. Amma mənim fikrimcə, bir insanın həyatda ən böyük hədəfi özündən sonra iz qoymaqdır. Həyat sadəcə gəlib-getməkdən ibarət deyil. Hər kəs dünyaya gəlir, yaşayır və bir gün bu dünyadan gedir. Amma kimlərsə yox olur, kimlərsə qalır. Böyük insanlar bu dünyadan getsələr də, fikirləri, gördükləri işlər, təsirləri yaşayır. Ona görə də insanın ən böyük hədəfi yaşadığı müddətdə dünyada bir fərq yaratmaq olmalıdır. Bu fərq hər kəs üçün fərqli ola bilər: Bir alim üçün yeni bir ixtira qoymaq, bir müəllim üçün yeni nəsillərə bilik vermək, bir lider üçün insanlara yol göstərmək, bir ata üçün övladlarına düzgün tərbiyə vermək və s. Ən əsası isə, insan öz hədəfinin yalnız öz xoşbəxtliyi ilə məhdudlaşmasına imkan verməməlidir. Çünki ən böyük hədəflər başqalarına da fayda gətirən hədəflərdir. Mənim həyat fəlsəfəm budur: Yaşamaq kifayət deyil, yaşatmaq lazımdır. Zənginlik toplamaq kifayət deyil, dəyərlər yaratmaq lazımdır. Uğur qazanmaq kifayət deyil, başqalarına uğur qazandırmaq lazımdır. İnsan bu dünyadan köçəndə, arxasında iz qoyursa, demək ki, hədəfinə çatıb. Mənim hədəfim də budur – bu dünyada bir iz buraxmaq.

- Ən böyük arzunuz hansıdır və onu reallaşdırmaq üçün hansı addımları atırsınız?

- Ən böyük arzum – özüm kimi liderlər yetişdirmək, mənim buraxdığım səhvləri etmədən daha böyük uğurlar qazanmalarına kömək etməkdir. Mən həyatda bir çox çətinliklərdən keçmişəm, uğursuzluqlar görmüşəm, amma hər dəfə ayağa qalxmışam. Amma məni həmişə düşündürən bir sual var: "Əgər bu yolu daha əvvəl gedən biri mənə yol göstərsəydi, daha irəlidə ola bilərdimmi?" Buna görə də istəyirəm ki, mənim təcrübəm, biliklərim, mübarizələrim başqalarına ilham və dərs olsun. Bu arzumu reallaşdırmaq üçün hansı addımları atıram? Düşüncələrimi paylaşmaqla. Biliklərimi yalnız özüm üçün saxlamağa ehtiyac duymuram. Çünki bilik bölüşüldükcə dəyər qazanır. Ona görə də, insanlara nələri öyrəndiyimi, hansı səhvləri etdiyimi və necə uğur qazandığımı çatdırıram.

Düşünürəm ki, bir gün öz yolumu və fəlsəfəmi bir kitabda cəmləşdirəcəyəm. Bu, təkcə bir hekayə deyil, liderlik üçün bir yol xəritəsi olacaq. Bu gün müəyyən sahələrdə liderliyə can atan gənclərlə görüşürəm, onlara dəstək oluram. Həmişə deyirəm ki, mənim qazandıqlarım yalnız mənim üçün olmamalıdır, başqaları da bu yoldan faydalanmalıdır. Unutmayaq ki, hər böyük uğurun arxasında güclü bir çevrə dayanır. Mən mənim kimi düşünən insanları bir araya gətirmək, yeni liderlər formalaşdırmaq üçün əlimdən gələni edirəm. İnsanlar təkbaşına uğur qazana bilər, amma birlikdə daha böyük zirvələrə çata bilərik. Mənim üçün ən böyük xoşbəxtlik  özümdən sonra gələnlərin daha irəli getməsini görməkdir. Çünki həqiqi lider yalnız özü üçün uğur qazanmır, ardınca gələnlər üçün də qapılar açır. Bu arzumu gerçəkləşdirmək üçün hər gün bir addım atıram. Və ümid edirəm ki, nə qədər çətin olsa da, bu hədəfə çata biləcəyəm.

- Bu gün dünyanı dəyişə bilsəydiniz, ilk dəyişiklik nə olardı?

- Əgər bu gün dünyanı dəyişmək şansım olsaydı, ilk olaraq insanların düşüncə tərzini dəyişərdim. Çünki dünyada bütün problemlərin kökündə insanların düşüncə və baxış bucağı dayanır. Bəzən insanlar dəyişiklik istəyirlər, amma özləri dəyişməyə hazır deyillər. Onlar daha yaxşı həyat, daha ədalətli sistem, daha gözəl dünya istəyirlər, amma özlərində bir addım atmağa cəsarət tapmırlar. Mən inanıram ki, əgər insanlar fərqli düşünməyi öyrənsələr, onda həyatları da dəyişəcək, cəmiyyətlər də inkişaf edəcək. Dəyişmək istədiyim üç əsas şeyə gəlincə, qorxu mədəniyyətini yox etmək istərdim. İnsanlar çox vaxt özlərini dəyərsiz hiss edirlər, çünki onlara belə öyrədilib. Qorxularla idarə olunan bir cəmiyyət heç vaxt irəliləyə bilməz. Mən insanlara inam vermək, onları öz potensiallarına inandırmaq istəyərdim. Məsuliyyət anlayışını gücləndirərdim. Hər kəs hökuməti, cəmiyyəti, tarix günahlandırır. Amma az adam düşünür ki, hər birimiz bu dünyanın bir hissəsiyik və öz payımıza düşən məsuliyyəti daşımalıyıq. Əgər insanlar öz həyatlarına sahib çıxsalar, dünya da dəyişər.

Təhsil və düşüncə azadlığını artırardım. İnsanların dəyişməsi üçün onlar düşünməyi öyrənməlidirlər. Öz fikirlərini formalaşdıra bilməyən insanlar həmişə başqalarının fikirləri ilə idarə olunacaqlar. Bir sözlə, dünyanı dəyişmək üçün ilk addım insanların düşüncəsini dəyişməkdir. Çünki fikirlər dəyişəndə, qərarlar dəyişir. Qərarlar dəyişəndə, hərəkətlər dəyişir. Hərəkətlər dəyişəndə, dünya dəyişir. Mən də bu dəyişiklik üçün üzərimə düşən nə varsa, etməyə hazıram.

- Gələcək nəsillərə hansı mesajı vermək istəyərdiniz?

- Gələcək nəsillərə təkcə bir mesaj yox, bir çağırış etmək istəyərdim. Mən istəyirəm ki, onlar cəsarətli, inamlı və öz taleyinin sahibi olan insanlar olsunlar. Bu dünyada heç kim sənin uğurun üçün sənin qədər narahat olmayacaq. Ona görə də, başqalarından kömək gözləmədən öz yolunu özün yaratmalısan. Mənim mesajım budur: “Heç vaxt başqasının yazdığı ssenarinin personajı olma, öz hekayənin müəllifi ol”. Səni dayandıran şey, əslində, beynində yaratdığın məhdudiyyətlərdir. Sənə “mümkünsüzdür” deyənlərə qulaq asma. Tarixdəki bütün böyük insanlar, bir vaxtlar başqaları tərəfindən “bu mümkün deyil” deyə etiketlənmişdi. Amma onlar sübut etdilər ki, imkansız olan şey sadəcə cəsarət tapılmayan şeydir. Uğuru sərvət və statusla ölçmə. Həyatda ən qiymətli şey sən gedəndən sonra sənin haqqında deyilənlərdir. Pul qazanmaq olar, titullar almaq olar, amma əsl dəyər insanlara necə təsir etdiyindir. Xəyal qurmaqdan qorxma və heç vaxt kiçik düşünmə. Böyük olmaq üçün böyük düşünmək lazımdır. Kiçik hədəflər qoyanlar heç vaxt böyük nəticələr əldə edə bilməz. Hədəflərin səni qorxudursa, deməli, doğru yoldasan. Çətinliklərdən şikayət etmə, onlardan güc al. Həyat səni sınağa çəkəcək, amma sınmaq üçün yox, daha güclü olmağın üçün. Unutma ki, ən parlaq qılınclar ən çox döyülənlərdir. Mən istəyirəm ki, gələcək nəsillər başa düşsünlər ki, həyatın açarı onların öz əllərindədir. Əgər bir gün məndən sonra bu sözlər birinin həyatını dəyişərsə, o zaman mənim izim yerində qalacaq.

- Ömrünüzün son günündə hansı nailiyyətiniz sizi ən çox qürurlandıracaq?

- Ömrümün son günü gəldikdə, arxaya baxıb yalnız qazandıqlarımı deyil, dəyişdirdiklərimi görmək istəyirəm. Mənim üçün əsl nailiyyət öz həyatımı dolu-dolu yaşamaq və başqalarına da yol açmaqdır. Mənim üçün ən qürurverici şey bu olacaq, dünyaya gəldiyim kimi getmədim, iz buraxdım. Əgər bir gün mən gedəndə insanlar desələr ki, “o, həyatda sadəcə yaşamadı, o, fərq yaratdı”, “onun sözləri, ideyaları və mübarizəsi mənə ilham verdi”, “o olmasaydı, bəlkə də bu addımı atmazdım”, bax, o zaman mən bilərəm ki, boş yerə yaşamamışam. Nailiyyətlər, uğurlar, qazanc – bunların hamısı bir gün yox olacaq. Amma insanlara ötürdüyün dəyərlər əbədi qalacaq. Ömrümün son günü gələndə, “Kaş ki” sözünü yox, “Şükür ki” sözünü işlətmək istəyirəm. Şükür ki, bacardım… Şükür ki, dəyişə bildim… Şükür ki, ardımda dəyərli bir miras qoydum. Və o gün gəldikdə, ruhum rahat olacaq.

Laçın Səmla

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:15
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şolts: Ukraynanın NATO üzvlüyündən hələlik söhbət getmir

10 Fevral 2025 07:45see132

Emin Hüseynovun dövlətə olan borcu artdı

10 Fevral 2025 09:06see127

Bu gün hansı bürcün bəxti gətirəcək?

10 Fevral 2025 08:11see121

Transformatora girən meymun bütün ölkənin elektrik enerjisini kəsib

10 Fevral 2025 08:20see118

Cəmiyyət meyitlərin yandırılmasını necə qarşılayır? SORĞU

10 Fevral 2025 18:03see109

Rumıniyada futbol klubunun xalı mənfi 66 oldu

10 Fevral 2025 04:34see109

“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO

10 Fevral 2025 15:13see108

Kosmosdan qayıtmayanlar: Tarixin dönüşü olmayan səfərləri

10 Fevral 2025 08:44see107

Tottenhem də kubokla vidalaşdı

10 Fevral 2025 02:09see107

Sərnişin təyyarədə hamını ayağa qaldırdı

10 Fevral 2025 23:53see106

Rəşad Sadıqov: “Rəqibi təbrik edirəm”

10 Fevral 2025 21:16see106

Vüqar Əsədli: Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi

10 Fevral 2025 18:01see106

İlon Mask TikTok u alacağına dair iddialara cavab verib

10 Fevral 2025 08:18see106

Tramp: Putinlə geniş söhbətimiz olacaq

10 Fevral 2025 14:26see105

Suğra Bağırovadan ETİRAF: “Bu, mənə Allahın ən böyük hədiyyəsidir”

10 Fevral 2025 14:20see105

Meymun ölkədə kütləvi elektrik kəsilməsinə səbəb olub

10 Fevral 2025 07:01see105

Teylor Svift fitə basıldı: Səbəb nə olub?

11 Fevral 2025 00:57see104

Kolumbiyada 4 qadın futbolçu ildırım vurması nəticəsində həlak olub

10 Fevral 2025 20:58see104

Yuventus yay üçün transfer bombası hazırlayır ADLAR

10 Fevral 2025 20:00see104

Tramp bu rüsumları da kəskin artırır

10 Fevral 2025 14:40see104
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri