Icma.az
close
up
RU
Yeni orfoqrafiya lüğətində nələr var? Professor detalları AÇIQLADI

Yeni orfoqrafiya lüğətində nələr var? Professor detalları AÇIQLADI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Keçən ildən üçcildlik “Türkmənşəli arxaizmlər lüğəti”nin nəşrinə başlanılıb.

Modern.az xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli "Azərtac"a müsahibəsində deyib.

“Vaxtilə işlək olmuş bu sözlər bizim üçün xüsusi əhəmiyyətlidir. Nəyə görə? Bu gün dilimizə əcnəbi dillərdən kifayət qədər sözlər keçir. Ancaq biz arxaik sözlərimizi lüğətdə tapanda dilimizin necə zəngin olduğunu görürük. Bu sözləri işlətsəydik nə olardı, mütləq gərək ingilis dilindən götürək?”, - o qeyd edib.

Professor Nadir Məmmədli əcnəbi dillərdən keçən terminlərə də diqqət çəkib. Onun sözlərinə görə, institutun Terminologiya şöbəsinin jurnalının hər nömrəsinin sonunda sözlərin siyahısı verilir: “Bu, dilimizdə işlədilən əcnəbi sözlərin qarşılığı olaraq təklif edilən sözlərdir. Əgər xalq bunu qəbul edirsə, bunu işlədəcəyik. Onu da deyim ki, professor Sayalı Sadıqova Azərbaycan terminoqrafiyasının konseptual əsaslarını yazıb”.

“Son vaxtlar institutumuzun gördüyü ən böyük iş AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin dəstəyi ilə yeni Orfoqrafiya lüğətinin hazırlanmasıdır. Yüksək texnologiyaların cəmiyyət həyatına geniş nüfuz etdiyi bir dövrdə lüğət yaradıcılığında da bu imkanlardan bəhrələnmək mümkündür. İndi o zaman deyil ki, kartoçka ilə lüğət hazırlayaq, qəzetlərdən bir-bir söz tapaq. Bu baxımdan mənim təklifimlə AMEA rəhbərinin dəstəyi sayəsində bu işə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutundan iki əməkdaş cəlb edildi. Digər tərəfdən, “Xalq qəzeti”, “Azərbaycan”, “Səs”, “Ədəbiyyat” qəzetlərinin 10-15 illik PDF-lərini əldə etdik. Həmin əməkdaşların köməyilə xüsusi proqramlar hazırlandı, bizim dilimizdə olan sözlərin bazası yaradıldı. Təqribən 520 milyon söz və söz forması tapdıq. Əlbəttə, burada təkrarlar çoxdur. Bunlar hamısı yeni deyil. İndi bunlar emal edilir, - məsələn, sözdüzəldici şəkilçili sözlər hansılardır - bu, bizə lazımdır, lakin sözdəyişdirici şəkilçili sözlər lazım deyil. Beləliklə, dilimizdə olan sözlərin bazasını yaratdıq. Deyirlər ki, dünyada 60 milyon azərbaycanlı yaşayır. Bu qədər sayı olan xalqın dilindəki sözlər 80 min olar? Mümkün deyil.

İnstitutumuzda kompüter dilçiliyi şöbəsinin, eləcə də texnologiyanı bilən digər əməkdaşları bu işə cəlb etmişik. Bu gün artıq əlimizdə 180 min söz hazırdır. Əlbəttə ki, təkrar gedən sözlər çıxarılır”, - deyə direktor bildirib.

Professor Nadir Məmmədli yeni orfoqrafiya lüğəti ilə bağlı bəzi məqamları da açıqlayıb: “Bilirsiniz ki, orfoqrafiya düzgün yazı qaydalarıdır. Məsələn, indiyədək lüğətdə “getmək” sözü var, “get” sözü yoxdur. Bir də var xəfif məsdər olan “getmə” sözü. Deməli, “getmək”, “gedin”, “getmə” - var. Bunların bəziləri lüğətdə var, bəziləri yoxdur. Biz müəyyən etdik ki, nəyi vermək olar, nəyi yox.

Azərbaycan dilində vurğu sözün son hecasına düşür. Əcnəbi dillərdən keçən sözlərə lüğətdə vurğuları qoyacağıq ki, düzgün tələffüz bilinsin. Məsələn, “akademik” sözündə vurğunun üçüncü, yaxud dördüncü hecaya düşməsi ilə məna da dəyişir. Təbii ki, lüğətdə sözlərin sayının süni surətdə artmasına imkan verməyəcəyik.

Məlumdur ki, apostrofu yazıdan çıxarmışıq. Lakin klassik ədəbiyyatdan istifadə edənlərin, dil tarixi mütəxəssislərinin buna bəzən ehtiyacı olur. Bu baxımdan akademik Rafael Hüseynov bizə kömək etdi. O, klassik ədəbiyyatda işlənən bütün apostroflu sözləri seçdi, siyahısını bizə təqdim etdi. Biz bunu lüğətdə ayrıca verəcəyik.

Türk dillərinin xarakterik xüsusiyyətinə görə, sözün kökü dəyişmir. Şəkilçi ona doğru gedir. Lakin sözün kökü də dəyişə bilər. Külək sözü hal şəkilçisi qəbul edəndə “k” hərfi “y”ya keçir. Yeni lüğətdə hansı sözlərin kökünün dəyişdiyini göstərəcəyik.

Yaxşı bir işgüzar heyət seçmişik. Çox güman ki, yeni lüğəti sentyabra qədər bitirəcəyik və ictimaiyyətin müzakirəsinə verəcəyik. Əlbəttə ki, iradlar da ola bilər; xüsusən sözün kökünün dəyişməsinə. Başqa yeniliklər var, demirəm, çünki o bizim sirrimizdir, qalsın”.

Azərbaycan sözlərinin başqa dillərdə tələffüzü və əcnəbi dillərdən alınma sözlərin dilimizdə tələffüzü problemləri

Professor Nadir Məmmədli bildirib ki, dilimizdə olan yer adları əcnəbi dillərdə başqa cür tələffüz edilir: “Əlbəttə ki, dünya transkripsiyasında ənənəni nəzərə alırıq. Lakin elə səslər var ki, qarşıdakı dildə də mövcuddur. Məsələn, “Qarabağ” sözündə olan “q” səsi rus dilində də var. Lakin “k” ilə tələffüz edilir. “Mərdəkan” adı niyə rus dilində “Mardakyan” yazılmalıdır? Bu tip xeyli sözlər var. Dilçilik İnstitutu olaraq Azərbaycanda inzibati-ərazi vahidlərinin ruscada düzgün yazılışı haqqında ayrıca kitab buraxdıq və səfirliklərə də payladıq.

Sovet dövründə bir çox sözlər dilimizə rus dili vasitəsilə keçib. Məsələn, “xokkey” sözü. Sözün birinci hərfi orijinalda “x” deyil, “h”dir. Rus dilində “h” səsi olmadığı üçün onlar bunu “x” ilə veriblər, biz də eynən götürmüşük.

Orfoepiyanı da artıq hazırlamışıq. Gələn həftə iş bitir. Sonuncu dəfə biz ona baxacağıq. Yaxın vaxtlarda onu da çap etdirəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri