Icma.az
close
up
RU
Yeni planet kəşf edildi: HƏYAT VAR? Xəbər saytı Son xəbərlər və Hadisələr

Yeni planet kəşf edildi: HƏYAT VAR? Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astronomlar ən gənc planetlərdən birini kəşf ediblər.

BAKU.WS trthaber-ə istinadən xəbər verir ki, həmin planetin yaşı təxminən 3 milyon ola bilər.

TIDYE-1b və ya digər adıyla IRAS 04125+2902 b indiyə qədər müşahidə edilən ən gənc planetlərdən biridir.

Bu gənc planetin kəşfi planetlərin yaranmasının erkən mərhələləri barədə vacib məlumatlar təqdim edir. Həmçinin, bu kəşf alimləri planetlərin necə yarandığını öyrənmək üçün mövcud modellərini yenidən nəzərdən keçirməyə vadar edir.

Şimali Karolina Universitetinin (UNC-Chapel Hill) magistr tələbəsi və tədqiqatın əsas müəllifi Medison Barber kəşfi belə qiymətləndirib:

"Astronomiya kainatdakı yerimizi, haradan gəldiyimizi və hara gedə biləcəyimizi anlamağımıza kömək edir. TIDYE-1b kimi planetlərin kəşfi, planetlərin yaranma tarixinə səyahət etmək imkanı yaradır."

Barber və komandası NASA-nın TESS teleskopundan istifadə edərək transit metodu ilə TIDYE-1b-ni aşkar ediblər. Bu metod planetin ulduzunun önündən keçərkən işığını zəiflətməsi sayəsində mövcudluğunu müəyyənləşdirir.

Daha əvvəl yaşı 10-40 milyon il olan ondan çox gənc planet aşkar edilmişdi. Ancaq TIDYE-1b yaş baxımından bu qrupdan çox geri qalır. Bu qədər gənc planetin kəşfi nadir hadisədir, çünki planetlər adətən onları gizlədən qaz və toz buludlarının içində olur.

UNC-Chapel Hill-dən dosent Endryu Mann bu vəziyyəti belə izah edir:

"Planetlər adətən toz və qazdan ibarət düz disk daxilində formalaşır. Bu səbəbdən Günəş sistemimizdəki planetlər bir sırada yerləşib. Ancaq TIDYE-1b fərqlidir; bu planetin ulduzu və diski ilə hizalanmamış bir orbitdədir. Bu vəziyyət planetlərin necə yarandığına dair mövcud anlayışımıza meydan oxuyur."

Məhz bu qeyri-adi meyllilik sayəsində, normalda görünməz olacaq TIDYE-1b müşahidə edilə bilib.

TIDYE-1b ulduzuna çox yaxın bir orbitdə yerləşir və ulduz ətrafında bir dövrəsini təxminən doqquz günə tamamlayır. Tədqiqatçılar bu planetin gələcəkdə bir "super-Yer" və ya "sub-Neptun" tipli planetə çevriləcəyini düşünürlər.

Yer qədər sıx olmasa da, diametri Yer kürəsinin təxminən 11 qatıdır. TIDYE-1b planetlərin 10 milyon ildən az bir müddətdə formalaşa biləcəyinə dair qəti sübutlar təqdim edir. Daha əvvəl gənc planetlərin azlığı onların mövcud olmadığını deyil, sadəcə qaz və toz tərəfindən gizlədildiyini göstərirdi.

Bu kəşf astronomlara kainatın ilk dövrlərində planetlərin yaranma prosesləri ilə bağlı daha dərin bir pəncərə açır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Noyabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri