Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib?
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Dəniz Əsədova mətbuatda onun müğənni həmkarı Afət Fərmanqızı tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı verilən informasiyaya münasibət bildirib.
BAKU.WS xəbər verir ki, müğənni Oxu.Az-a açıqlamasında bildirib ki, onunla bağlı yayılan məlumat qanunaziddir:
"Mənim məhkəməyə verilməyim barədə mətbuata məlumat verən Asim Abbasov özünü Afət Fərmanqızının vəkili kimi təqdim edib. Amma həmin işdə Asim Abbasov vəkil deyil. Bu, tam qanunsuzdur və məsuliyyət yaradır. Asim Abbasov məni həbs etdirən şəxsdir. O, mənim vəkilim olub, mən ondan imtina etmişəm, sonra da o, məni həbs etdirib. Bu şəxs vəkil ola bilməz, çünki maraqlı şəxsdir. Binəqədi Rayon Məhkəməsində Afət Fərmanqızı barəmdə xüsusi ittiham qaydasında verdiyi şikayətdə vəkil Əli Kərimlidir. Mətbuata yalan məlumat vermək məsuliyyət yaradır. Əgər şəxs həmin məhkəmədə vəkil kimi iştirak etmir, vəkil olaraq orderi yoxdursa, bu barədə necə məlumat verə bilər. Mən bununla bağlı aidiyyəti qurumlara məlumat verəcəyəm və onun barəsində tədbir görülməsini istəyəcəyəm. Məni həbs etdirən şəxs necə vəkil kimi mənimlə bağlı məhkəmədə iştirak edə bilər? Bu adam mənimlə bağlı olan məhkəmə işlərinə qoşula bilməz".
Xatırladaq ki, vəkil Asim Abbasov bildirmişdi ki, müğənni Afət Fərmanqızı həmkarı Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Baxış sayı:143
Bu xəbər 16 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















