Icma.az
close
up
RU
Yeni qanun balıqçılığın inkişafına xidmət edəcək

Yeni qanun balıqçılığın inkişafına xidmət edəcək

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il 27 avqust tarixində “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Qanunun tətbiqi ilə bağlı müvafiq Fərman da imzalanıb.

Yeni Qanunun qəbul edilməsi Azərbaycanda balıqçılıq sahəsində dövlət nəzarətinin, balıq və digər su bioresurslarının mühafizəsinin, akvakulturanın, balıqartırmanın və sahənin iqtisadi tənzimlənməsinin vahid hüquqi çərçivədə tənzimlənməsi ilə yanaşı, balıqçılığın rəqəmsallaşdırılması, elmi təminatının gücləndirilməsi və dayanıqlı inkişafı üçün yeni hüquqi əsaslar yaradıb.

XQ Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qanuna əsasən, balıqçılıq sahəsində dövlət nəzarətinin müasir mexanizmlərinin tətbiqi, balıqçı gəmilərinin, balıq ovu alətlərinin və digər balıqçılıq obyektlərinin uçotu və izlənməsi, məsafədən izləmə sistemlərindən istifadə, ovlanmış balıqçılıq obyektlərinin müəyyən edilmiş kvotalara uyğunluğunun yoxlanılması və balıqçılıq məhsullarının mənşəyinə dair məlumatların nəzarətdə saxlanılması nəzərdə tutulur. Həmçinin balıqçılıq subyektləri, akvakultura təsərrüfatları və digər obyektlər barədə məlumatların vahid informasiya sistemində toplanması sahənin rəqəmsal idarə edilməsinə imkan verəcək.

Balıq ovunun həyata keçirilməsi üçün balıqovlama biletinin tətbiqi, ov kvotalarının müəyyən edilməsi və onların balıqçılıq subyektləri arasında bölüşdürülməsi ilə bağlı hüquqi çərçivə müəyyən edilir. Qanunsuz ovun qarşısının alınması məqsədilə qadağan olunmuş ov alətlərindən istifadəyə yol verilmir.

Akvakultura fəaliyyətinin qeydiyyat şəhadətnaməsi əsasında həyata keçirilməsi, təsərrüfatlar üçün Biotexnoloji Layihə Sənədinin hazırlanması və ekspertizasının aparılması nəzərdə tutulur. Qeydiyyat şəhadətnaməsinin müəyyən hallarda dayandırılması və pozuntular aradan qaldırıldıqda fəaliyyətin bərpası mexanizmləri də müəyyən edilir.

Qanunla balıqartırma və su bioresurslarının iqlimləşdirilməsi fəaliyyətinin tənzimlənməsi, yeni növlərin su obyektlərinə buraxılmasına nəzarət, invaziv növlərin təbii mühitə mənfi təsirinin qarşısının alınması, həmçinin balıq ehtiyatlarının məskunlaşdığı mühitin mühafizəsinə dair tələblərin gücləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi, balıqçılığın elmi təminatının maliyyələşdirilməsi və akvakulturanın iqtisadi stimullaşdırılması, habelə akvakultura məhsullarının rəqabət qabiliyyətinin təmin edilməsi əsas istiqamətlər kimi müəyyən edilir. Bu məqsədlə xüsusi Fondun yaradılması, habelə balıq ovu, akvakultura və balıq emalı sahələrində investisiya, subsidiya, güzəştli kredit və digər dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi üçün hüquqi baza yaradılır.

Qanunda Xəzər dənizində balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi və mühafizəsi üzrə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi məsələləri də tənzimlənir.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri