Icma.az
close
up
RU
“Yeni qaydalar daha peşəkar direktor seçimini təmin edəcək” TƏHSİL EKSPERTİ

“Yeni qaydalar daha peşəkar direktor seçimini təmin edəcək” TƏHSİL EKSPERTİ

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Direktorların işə qəbulunda tətbiq edilən yeni qaydaların əsas məqsədi sistemin sadələşdirilməsi və daha effektiv hala gətirilməsidir. Artıq yanaşma ondan ibarətdir ki, məktəblərin idarə olunması üçün pedaqoji bilik və təcrübəsi yüksək olan şəxslərin seçilməsi daha məqsədəuyğundur. Mərhələlərin çoxluğu bəzən yüksək potensiallı uğurlu namizədlərin prosesə qoşulmasını əngəlləyirdi. Bu səbəbdən yeni sistemdə mərhələlər optimallaşdırılmış və daha çevik mexanizm tətbiq ediləcək”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli APA-ya müsahibəsində söyləyib.

O bildirib ki, bu dəyişikliklər həm vakant yerlərə daha operativ şəkildə təyinat aparılmasında, həm də peşəkar direktor profilinin formalaşmasına xidmət edəcək: “Hazırkı tətbiq müsahibə mərhələsinin rolunu artıraraq ən uyğun namizədlərin seçilməsinə imkan yaradır. Müsahibə nəticəsində namizədlərin potensialı daha dəqiq qiymətləndirilir və onlar uyğun vakant yerlərlə daha düzgün şəkildə uzlaşdırılır”.

Təhsil eksperti Kamran Əsədov Gununsesi.info -ya açqlamasında məsələyə belə münasibət bildirib:

“Tətbiq olunan yeni mexanizm bu dəfə həqiqətən daha çevik və məqsədyönlü görünür. Mərhələlərin azaldılması illərlə şikayət etdiyimiz lüzumsuz bürokratiyanı aradan qaldırır. Müsahibə mərhələsinin gücləndirilməsi isə direktor olmaq istəyən namizədlərin pedaqoji, idarəetmə və liderlik bacarıqlarının daha real şəkildə qiymətləndirilməsinə imkan yaradır”.

Kamran Əsədovun fikrincə əgər məqsəd məktəblərə peşəkar rəhbər seçməkdirsə, edilən dəyişikliklər məhz buna xidmət edir.

“Vakant vəzifələrə operativ təyinat həm məktəblərdə idarəetmənin sabitliyini artıracaq, həm də peşəkar direktor modelinin güclənməsinə səbəb olacaq. Bu yanaşma uğurlu nəticələr verə və ümumilikdə daha keyfiyyətli məktəb idarəçiliyinin formalaşmasına gətirib çıxara bilər”,-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri