Icma.az
close
up
RU
Təhsildə yeni məzmunu kim yaradacaq? TƏHSİL EKSPERTİ

Təhsildə yeni məzmunu kim yaradacaq? TƏHSİL EKSPERTİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Süni intellektin təhsilə inteqrasiyasından danışarkən vurğulanmalı olan əsas məqam həm şagirdlər, həm də müəllimlər tərəfindən yeni məzmunun yaradılmasıdır".

Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

O bildirib ki, bəzən “süni intellekt təhsilə zərbə vuracaq” və ya “digər sahələri əvəz edəcək” kimi fikirlər səslənir:

"Şəxsən mən bu yanaşma ilə tam razı deyiləm. Xüsusilə də süni intellektin təhsilə yalnız mənfi təsir göstərəcəyi fikrini doğru hesab etmirəm. Burada əsas məsələ süni intellektə necə yanaşmağımız və ondan hansı məqsədlə istifadə etməyimizdir.

Doğrudur, süni intellekt klassik tədris modelində müəyyən dəyişikliklər yarada bilər. Lakin bu dəyişiklikləri yalnız risk kimi qiymətləndirmək düzgün olmaz. Əksinə, süni intellekt tədris prosesini dəstəkləyən, müəllim və şagird üçün yeni imkanlar yaradan köməkçi alətə çevrilə bilər.

Bu imkanlar xüsusilə ev tapşırıqları və yaradıcı fəaliyyət zamanı özünü daha aydın göstərir. Süni intellekt şagirdə hazır cavab verməkdən daha çox yeni ideyalar, fərqli baxış bucaqları və yeni məzmun təqdim etməlidir. Şagird isə həmin ideyalardan istifadə edərək öz biliklərini genişləndirməli, araşdırma aparmalı və müstəqil şəkildə yeni məhsul ortaya qoymalıdır.

Artıq ev tapşırıqlarının məzmunu da dəyişməlidir. Ənənəvi tapşırıqlarla yanaşı, şagirdlərə yeni məzmun yaratmaq, məlumatı təhlil etmək, müqayisə aparmaq və süni intellektin təqdim etdiyi informasiyadan düzgün istifadə etmək bacarıqları öyrədilməlidir.

Bu gün istifadə olunan süni intellekt platformalarının – ChatGPT, Gemini, You.com və digər sistemlərin əsas missiyası insanlara yeni ideyalar təqdim etməkdir. Onlar sadəcə Google kimi məlumat axtarışı aparan və ya kalkulyator kimi hesablama edən sistemlər deyil. Süni intellekt müxtəlif məlumatları emal edir, onları birləşdirərək yeni məzmunun formalaşdırılmasına kömək edir. Həmin məlumatlardan yaradıcı şəkildə istifadə edib yeni məhsul hazırlamaq isə insanın üzərinə düşən əsas vəzifədir.

Yaxın gələcəkdə şagirdlərin ev tapşırıqlarında süni intellektdən səmərəli istifadə etməsi təhsil sisteminin əsas istiqamətlərindən birinə çevriləcək. Çünki şagird süni intellektlə işləyərkən düzgün sual verməyi, düzgün tapşırıq formalaşdırmağı və əldə olunan nəticələri təhlil etməyi öyrənir. Bu isə onun tənqidi və analitik düşünmə bacarıqlarını inkişaf etdirir.

Lakin məsələnin digər tərəfi də var. Biz ilk növbədə süni intellektə münasibətimizi formalaşdırmalıyıq. Özümüzə aydın cavab verməliyik ki, süni intellektdən nə gözləyirik, ondan hansı məqsədlərlə istifadə edəcəyik və təhsil prosesində onun rolu necə olmalıdır. Bu mövzuda geniş müzakirələrə, metodik yanaşmalara və maarifləndirməyə ehtiyac var.

Hazırda cəmiyyət və təhsil sistemi bu texnologiyanı tam şəkildə qəbul etməyə və ondan səmərəli istifadə etməyə hələ tam hazır deyil. Buna görə də ilkin mərhələdə müəyyən problemlər yarana bilər. Lakin düzgün yanaşma və məqsədyönlü tətbiq olunduğu halda süni intellekt təhsilin keyfiyyətini yüksəldən, yaradıcılığı və tənqidi düşüncəni inkişaf etdirən mühüm vasitələrdən birinə çevriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyun 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri