Icma.az
close
up
RU
Yeni qərar qüvvəyə mindi: Bölünən torpaqda tikinti artıq mümkün olmayacaq?

Yeni qərar qüvvəyə mindi: Bölünən torpaqda tikinti artıq mümkün olmayacaq?

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Nazirlər Kabineti kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti ilə bağlı yeni qaydaları təsdiqləyib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sənəd torpaq sahəsində tikinti əmsalından qismən istifadə edildikdə və qalan sahə başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdiyi hallarda tətbiq ediləcək. Qayda, həmin torpaqlarda əsaslı tikililərin inşası üçün icazə verilən həddin hesablanması mexanizmini müəyyən edir.

Məsələ ilə bağlı sual yaranır: Yeni qaydalar torpaq sahələrinin bölünməsi və tikinti hüquqlarının istifadəsinə necə təsir edəcək?

Məsələ ilə bağlı danışan əmlak eksperti Ramil Osmanlı News24.az-a bildirib ki, təsdiqlənən qaydalar torpaqların daha məqsədyönlü istifadəsini təmin etməyə hesablanıb:

"Əvvəlki qaydalara əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda qış və yay otlaq sahələrində, həmçinin ümumi istifadədə olan örüş sahələrində sahəsi 5 hektar və daha yuxarı olan torpaqlarda tikinti aparmağa icazə verilirdi. Burada şərt ondan ibarət idi ki, müvafiq icra hakimiyyəti orqanının razılığı alınmalı və tikinti Şəhərsalma Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməli idi. Tikinti limiti isə torpaq sahəsinin 1 faizi həcmində müəyyən olunmuşdu. Yəni 5 hektar torpaq sahəsində maksimum 500 kvadratmetr tikili inşa edilə bilərdi".

Ekspert qeyd edib ki, yeni dəyişikliklər isə əlavə məhdudiyyətlər nəzərdə tutur:

"Belə ki, əgər torpaq sahəsində tikinti limiti tam istifadə olunmayıbsa və həmin sahə sonradan hissələrə bölünərək başqa şəxslərə satılıbsa, artıq yeni mülkiyyətçilərə ayrıca tikinti hüququ verilməyəcək. Məsələn, 5 hektarlıq torpaqda 300 kvadratmetr tikili inşa edildikdən sonra qalan 2 hektar torpaq başqa şəxsə satıldıqda, həmin alıcı əvvəlki qaydada olduğu kimi ayrıca tikinti aparmaq imkanı qazanmayacaq".

Ramil Osmanlı əlavə edib ki, oxşar vəziyyət iri sahələrdə də keçərlidir:

“Məsələn, bir şəxsin mülkiyyətində 10 hektar torpaq var və o, həmin ərazidə 700 kvadratmetrlik tikinti aparıb. Daha sonra bu torpağın 5 hektarını başqa şəxsə satdıqda, yeni mülkiyyətçi ayrıca 1 faiz həddindən istifadə edə bilməyəcək. Çünki ümumi limit artıq istifadə olunub. Belə halda yalnız qalan 300 kvadratmetrlik tikinti sahəsi üçün icazə veriləcək”.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri