Icma.az
close
up
RU
Son gündə bölünən xallar

Son gündə bölünən xallar

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Premyer Liqada dünən baş tutan iki oyunla XV tura yekun vurulub. Son matçlarda qalib müəyyənləşməyib.

“İmişli” Qubada “Karvan-Yevlax”la, “Neftçi” isə azarkeşləri önündə “Sumqayıt”la heç-heçə edib – 1:1, 2:2. Maraqlıdır, hər iki matçda meydan sahibləri hesabı açan tərəf olsa da, yekunda üstünlüyü qoruya bilməyiblər.

“Kəpəz”in qələbə qazandığı turda “Karvan-Yevlax” üçün bir xal qənaətbəxşdir. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv aktivinə bir xal yazdırmaqla aradakı fərqi 3 xalda saxladı. Quba səfərindən sürətli hücumlarla rəqib müdafiəsini yarmağa çalışan bölgə klubunun cəhdləri uğursuz alındı. Çempionatda kompakt müdafiəsi ilə seçilən “İmişli” arxa xəttdəki inamlı oyunu hesabına turu bir xalla başa vurdu. “İmişli” ümumiyyətlə son turlarda xal itkiləri yaşamaqdadır. Buna baxmayaraq, komandanın aktivində 16 xal var və sonuncu “Karvan-Yevlax”dan 8 xal öndədirlər.

“Neftçi” isə Yuri Vernidubun rəhbərliyi altında ilk sınağına çıxdı. “Sumqayıt”la matçın birinci hissəsində böyük üstünlük quran və kifayət qədər qol epizodu yaradan “ağ–qaralar”da realizasiya problemi davam etməkdədir. Hücumda Bassala Sambu, İmad Faraj aktivlik göstərsə də, qaçırılan epizodlar yekunda bir xalla kifayətlənməyə səbəb oldu. Hər bir halda, ilk hissədə “ağ-qaralar” adına sərgilənən oyun ümid verdi.

“Sumqayıt” səfərdə mühüm xal qazandı. Nəzərə alaq ki, komanda 0:2-dən döndü və bu, “kimyaçılar” üçün qələbəyə bərabər xal olmalıdır. İlk hissəni yaxşı keçirməyən komanda fasilədən sonra Ramalinqom, Simon kimi futbolçuların meydana daxil olması ilə nəzarəti ələ almağı bacardı və 6 dəqiqəyə iki qol vurmaqla məğlubiyyətdən xilas oldu. Turu üçüncü sırada başa vuran “Sumqayıt”ın potensialı var. Komanda oyununu mövsümün qalan hissəsinə də yaya bilsə, avrokuboklara vəsiqə uğrunda mübarizədə favoritlərdən olacaq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see343

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see292

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see288

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see279

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see274

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see264

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see259

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see257

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see251

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see245

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see235

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see227

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see216

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see200

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see199

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see197

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see193

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see192

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see192

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri