Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Yeni reallıqlar Azərbaycana növbəti geosiyasi uğurlar vəd edir Açıqlama

Yeni reallıqlar Azərbaycana növbəti geosiyasi uğurlar vəd edir Açıqlama

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sənədlərin imzalanması regionda sülh və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, regionda yeni əməkdaşlıq imkanları yaradır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini  verdiyi önəmli mesajları şərh edərkən deyib.
Deputatın sözlərinə görə, yeni reallıqlar onu göstərir ki, aparılan siyasət Azərbaycanın artan nüfuzu, güclənən mövqeyi və etibarlı tərəfdaş statusunun bariz göstəricisidir. “Dövlətimizin regional əməkdaşlıq platformalarında fəal iştirakı və qlobal təşəbbüslərdə önəmli rol oynaması siyasi-iqtisadi sahədə qarşılıqlı etimadı daha da möhkəmləndirir. Bu isə gələcəkdə daha dayanıqlı tərəfdaşlıqların qurulmasına və regionda sabitlik mühitinin möhkəmlənməsinə geniş imkanlar açır. Cənab İlham Əliyev Ermənistanın daxili siyasi proseslərinə də diqqət yetirərək, gələcəkdə baş verə biləcək dəyişikliklərin və xarici müdaxilələrin razılaşmaya mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Hər hansı müdaxilə və ya sənədlərin pozulması yalnız Ermənistan üçün zərərli nəticələr doğuracaq və bu, həmin ölkənin beynəlxalq mövqelərini daha da zəiflədəcək”, - o qeyd edib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizi məsələsinə xüsusi diqqət ayıraraq bunun Azərbaycanın iki hissəsinin birləşdirilməsi, eyni zamanda ölkəmizin logistik bir mərkəzi  çevrilməsi baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. “Ölkəmizin vətəndaşlarının təhlükəsiz hərəkətinin təmin olunması üçün beynəlxalq zəmanətlər vacibdir. Layihənin yaxın gələcəkdə reallaşması və dəmir yolu infrastrukturunun qısa müddətdə tamamlanması həm ölkənin daxili kommunikasiya imkanlarını genişləndirir, həm də regionda iqtisadi əlaqələrin, ticarətin və nəqliyyat əməkdaşlığının inkişafına şərait yaradır. Layihə alternativ nəqliyyat marşrutları vasitəsilə Asiya və Avropa arasında əlaqələri möhkəmləndirir, tranzit imkanlarını artırır və regionda yeni perspektivlər açır. Artıq ölkə ərazisində qitələrarası daşınmalar üçün mühüm kommunikasiya xətləri qurulub. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə alternativ marşrut kimi çıxış edərək, nəqliyyat şəbəkəsini daha da diversifikasiya edəcək. Dövlətimizin başçısı sözügedən layihənin həm iqtisadi, həm də təhlükəsizlik aspektlərini izah edərək onun regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini diqqətə çatdırıb”, -o  qeyd edib.


Deputat əlavə edib ki, müsahibədə Azərbaycanın enerji siyasəti də önəmli yer tutub: “Hazırda dövlətimiz 10 Avropa ölkəsini təbii qazla təmin edir və onların 8-i Avropa İttifaqının üzvüdür. Bu amil ölkəmizin enerji təhlükəsizliyindəki rolunun artdığını göstərir. Qarşıya qoyulan hədəflərə görə, 2030-cu ilədək əlavə 8 milyard kubmetr təbii qazın ixracı təmin ediləcək. Bütün bunlar ölkəmizin qlobal enerji bazarında rolunu daha da gücləndirməklə yanaşı, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Artan enerji ixracı yalnız iqtisadi üstünlüklər gətirmir, siyasi əməkdaşlığın möhkəmlənməsinə də zəmin yaradır.
Enerji sektorunda digər mühüm istiqamət isə bərpaolunan mənbələrin inkişaf etdirilməsi istiqamətində işlərin reallaşdırılmasıdır. Bu sahədə Körfəz Əməkdaşlıq Ölkələri ilə geniş əməkdaşlıq əlaqələri mövcuddur və qarşılıqlı investisiya layihələri genişlənməkdədir. 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisi gücünə sahib olmaq planlaşdırılır. Qarabağda tikilən su elektrik stansiyaları hesabına isə artıq 300 meqavat enerji istehsalı təmin olunub. Həmin layihələr Azərbaycanın enerji müstəqilliyini artırmaqla yanaşı, ölkəmizi regionun mühüm yaşıl enerji mərkəzinə çevirir və beynəlxalq sərmayədarlar üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı qeyd edib ki, beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir: “Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub”.
Müsahibədə, həmçinin cənab İlham Əliyev Azərbaycanın şaxələndirilmiş xarici siyasət kursunun əhəmiyyətini vurğulayıb. Bu siyasət ölkəmizə həm regional, həm də qlobal miqyasda hadisələrin mərkəzində olmağa imkan verir. Diplomatik təşəbbüskarlıq, təhlükəsizlik və iqtisadi inkişaf sahəsində ardıcıl fəaliyyət dövlətimizin mövqeyini daha da möhkəmləndirir. Azərbaycan konstruktiv siyasət yürüdərək regionda sülh və sabitliyin qorunmasına, əməkdaşlığın və inteqrasiyanın inkişafına böyük töhfələr verir.
Beləliklə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında bir daha güclü və etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Dövlətimizin prioritetləri – güclü diplomatiya, dayanıqlı sülh, regional əməkdaşlıq və davamlı inkişaf bu müsahibədə aydın şəkildə ifadə olunub. Azərbaycanın təşəbbüskarlığı, enerji və nəqliyyat layihələri, bərpaolunan enerji strategiyası və xarici siyasətdə balanslı yanaşması ölkəmizin regionda və dünyada strateji rolunu möhkəmləndirir, yeni imkanlar açır və gələcək inkişaf üçün etibarlı zəmin yaradır”.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Avqust 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri