Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

Prezident İlham Əliyevin şaxələndirilmiş və konstruktiv xarici siyasəti: yeni reallıqlar Azərbaycana növbəti geosiyasi uğurlar vəd edir

Prezident İlham Əliyevin şaxələndirilmiş və konstruktiv xarici siyasəti: yeni reallıqlar Azərbaycana növbəti geosiyasi uğurlar vəd edir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində mühüm məsələlərə toxunaraq önəmli mesajlar verib. Bu müsahibədə Azərbaycanın milli maraqları, regional əməkdaşlıq istiqamətləri və enerji təhlükəsizliyi kimi vacib prioritetlər ətraflı şəkildə şərh olunub. Dövlətimizin başçısı, həmçinin ölkəmizin gələcək inkişaf perspektivləri, beynəlxalq aləmdəki rolu və Azərbaycanın mövqeyini möhkəmləndirən əsas amillər barədə öz fikirlərini beynəlxalq ictimaiyyətlə bölüşüb.

Müsahibənin ən önəmli məqamlarından biri Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sənədlərin əhəmiyyəti ilə bağlı səsləndirilən fikirlərdir. Sənədlərin imzalanması regionda sülh və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, regionda yeni əməkdaşlıq imkanları yaradır. Yeni reallıqlar onu göstərir ki, aparılan siyasət Azərbaycanın artan nüfuzu, güclənən mövqeyi və etibarlı tərəfdaş statusunun bariz göstəricisidir. Dövlətimizin regional əməkdaşlıq platformalarında fəal iştirakı və qlobal təşəbbüslərdə önəmli rol oynaması siyasi-iqtisadi sahədə qarşılıqlı etimadı daha da möhkəmləndirir. Bu isə gələcəkdə daha dayanıqlı tərəfdaşlıqların qurulmasına və regionda sabitlik mühitinin möhkəmlənməsinə geniş imkanlar açır. Cənab İlham Əliyev Ermənistanın daxili siyasi proseslərinə də diqqət yetirərək, gələcəkdə baş verə biləcək dəyişikliklərin və xarici müdaxilələrin razılaşmaya mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Hər hansı müdaxilə və ya sənədlərin pozulması yalnız Ermənistan üçün zərərli nəticələr doğuracaq və bu, həmin ölkənin beynəlxalq mövqelərini daha da zəiflədəcək.
Prezident İlham Əliyev müsahibədə Zəngəzur dəhlizi məsələsinə də ayrıca diqqət ayırıb. O, bu dəhlizin fəaliyyətə başlamasının Azərbaycanın iki hissəsinin birləşdirilməsi baxımından strateji əhəmiyyətini vurğulayıb. Ölkəmizin vətəndaşlarının təhlükəsiz hərəkətinin təmin olunması üçün beynəlxalq zəmanətlər vacibdir. Layihənin yaxın gələcəkdə reallaşması və dəmir yolu infrastrukturunun qısa müddətdə tamamlanması həm ölkənin daxili kommunikasiya imkanlarını genişləndirir, həm də regionda iqtisadi əlaqələrin, ticarətin və nəqliyyat əməkdaşlığının inkişafına şərait yaradır. Layihə alternativ nəqliyyat marşrutları vasitəsilə Asiya və Avropa arasında əlaqələri möhkəmləndirir, tranzit imkanlarını artırır və regionda yeni perspektivlər açır. Artıq ölkə ərazisində qitələrarası daşınmalar üçün mühüm kommunikasiya xətləri qurulub. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə alternativ marşrut kimi çıxış edərək, nəqliyyat şəbəkəsini daha da diversifikasiya edəcək. Dövlətimizin başçısı sözügedən layihənin həm iqtisadi, həm də təhlükəsizlik aspektlərini izah edərək onun regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini diqqətə çatdırıb.
Müsahibədə Azərbaycanın enerji siyasəti də önəmli yer tutub. Hazırda dövlətimiz 10 Avropa ölkəsini təbii qazla təmin edir və onların 8-i Avropa İttifaqının üzvüdür. Bu amil ölkəmizin enerji təhlükəsizliyindəki rolunun artdığını göstərir. Qarşıya qoyulan hədəflərə görə, 2030-cu ilədək əlavə 8 milyard kubmetr təbii qazın ixracı təmin ediləcək. Bütün bunlar ölkəmizin qlobal enerji bazarında rolunu daha da gücləndirməklə yanaşı, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Artan enerji ixracı yalnız iqtisadi üstünlüklər gətirmir, siyasi əməkdaşlığın möhkəmlənməsinə də zəmin yaradır.
Enerji sektorunda digər mühüm istiqamət isə bərpaolunan mənbələrin inkişaf etdirilməsi istiqamətində işlərin reallaşdırılmasıdır. Bu sahədə Körfəz Əməkdaşlıq Ölkələri ilə geniş əməkdaşlıq əlaqələri mövcuddur və qarşılıqlı investisiya layihələri genişlənməkdədir. 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisi gücünə sahib olmaq planlaşdırılır. Qarabağda tikilən su elektrik stansiyaları hesabına isə artıq 300 meqavat enerji istehsalı təmin olunub. Həmin layihələr Azərbaycanın enerji müstəqilliyini artırmaqla yanaşı, ölkəmizi regionun mühüm yaşıl enerji mərkəzinə çevirir və beynəlxalq sərmayədarlar üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı qeyd edib ki, beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir: “Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub”.
Müsahibədə, həmçinin cənab İlham Əliyev Azərbaycanın şaxələndirilmiş xarici siyasət kursunun əhəmiyyətini vurğulayıb. Bu siyasət ölkəmizə həm regional, həm də qlobal miqyasda hadisələrin mərkəzində olmağa imkan verir. Diplomatik təşəbbüskarlıq, təhlükəsizlik və iqtisadi inkişaf sahəsində ardıcıl fəaliyyət dövlətimizin mövqeyini daha da möhkəmləndirir. Azərbaycan konstruktiv siyasət yürüdərək regionda sülh və sabitliyin qorunmasına, əməkdaşlığın və inteqrasiyanın inkişafına böyük töhfələr verir.
Beləliklə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında bir daha güclü və etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Dövlətimizin prioritetləri – güclü diplomatiya, dayanıqlı sülh, regional əməkdaşlıq və davamlı inkişaf bu müsahibədə aydın şəkildə ifadə olunub. Azərbaycanın təşəbbüskarlığı, enerji və nəqliyyat layihələri, bərpaolunan enerji strategiyası və xarici siyasətdə balanslı yanaşması ölkəmizin regionda və dünyada strateji rolunu möhkəmləndirir, yeni imkanlar açır və gələcək inkişaf üçün etibarlı zəmin yaradır.


Mahir Süleymanlı
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see318

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see187

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see185

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see181

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see169

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see152

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see139

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see129

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see128

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see128

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see127

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see125

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see120

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri