Icma.az
close
up
RU
Статья не опубликована
Yeni Status Kvo: Ermənistan Reallığı Nə Vaxt Qəbul Edəcək?

Yeni Status Kvo: Ermənistan Reallığı Nə Vaxt Qəbul Edəcək?

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

“Gələcəkdə regionda baş verəcək hadisələri və siyasi prosesləri düzgün proqnozlaşdırmaq üçün keçmişdə yaşananlara və bu proseslərin arxasında duran siyasi fiqurların fəaliyyətinə nəzər salmaq vacibdir. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən İkinci Qarabağ müharibəsinin sonuna qədər apardığı siyasət, bu gün atılan addımların kökünü anlamaqda əsas meyardır. Paşinyan ilk dövrlərdə fərqli bir siyasi missiya izləyirdi. Bu missiyanın əsas məqsədi beynəlxalq ictimaiyyət qarşısında sülhə dair manipulyativ mövqelər nümayiş etdirmək, vaxt udmaq və eyni zamanda Qarabağın Ermənistanın ayrılmaz hissəsi kimi tanınmasına yönəlmiş addımlar atmaq idi. Ermənistan rəhbərliyi Qarabağ məsələsində mövcud status-kvonu öz xeyrinə dəyişdirməyə cəhd edirdi. Lakin 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi bu planlara son qoydu”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elməddin Behbud deyib.

Xatırladaq ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan etsə də, hələ də Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmayıb. Bu isə sülh sazişinin imzalanmasına əsas maneələrdən biridir. Daxildə və xaricdə revanşist çağırışların səsləndirilməsi və bu istiqamətdə atılan addımlar, əslində, Paşinyan hökumətinin maraqlarına xidmət edir. Bu taktika həm vaxt udmağa, həm də sülh sazişi və Konstitusiya dəyişikliyi halında ölkədə qarışıqlıq yaranacağı mesajını verməyə yönəlib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı nəticəsində ərazi bütövlüyünü bərpa etməsi Paşinyanın “Qarabağ Ermənistandır” ritorikasını tarixin arxivinə göndərdi.

“Müharibədən sonra müxtəlif ölkələrin təcrübəsi göstərir ki, hətta münaqişə başa çatsa da, sülh müqaviləsinin imzalanması illərlə uzana bilər. Bəzi ölkələr diplomatik əlaqələr saxlasalar da, ərazi iddiaları davam edir. Cənubi Qafqaz regionunda isə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün bir sıra şərtlər yerinə yetirilməlidir: Ermənistan beynəlxalq hüquqa hörmət etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və işğalçılıq siyasətindən tamamilə əl çəkməlidir. Eyni zamanda Azərbaycanın əsas ərazisindən Naxçıvan Muxtar Respublikasına keçidi təmin edən Zəngəzur dəhlizi ilə bağlı maneələrin aradan qaldırılması da vacibdir. Bu, yalnız regional nəqliyyat infrastrukturunun deyil, həm də sülh prosesinin praktiki simvoluna çevrilə bilər. Lakin indiyə qədər Ermənistan nə bu keçidlə bağlı konkret addım atıb, nə də Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı olan maddələri dəyişib. Əksinə, İrəvan hələ də siyasi manipulyasiya ilə məşğuldur. Ermənistanın daxili siyasi mənzərəsi də bu proseslərlə sıx əlaqəlidir. Paşinyan hazırda ölkə daxilində iqtisadi və siyasi islahatlar apararaq elektoratın rəğbətini qorumağa çalışır. Bu islahatlar uğur qazanacağı təqdirdə, Konstitusiyanın dəyişdirilməsi üçün referenduma getmək ehtimalı yüksəkdir”.

Siyasi şərhçi daha sonra əlavə edib ki, görünən odur ki, Paşinyan və ya ondan sonra hakimiyyətə gələcək istənilən lider beynəlxalq siyasi reallığı dəyişmək gücündə deyil:

“Azərbaycan artıq bölgədə yeni geosiyasi reallıq yaradıb və bu reallıq qlobal güclərin – Hindistanın, Fransanın, ABŞ-ın – dəstəyi ilə belə dəyişdirilə bilməz. Bu vəziyyətin dəyişməyəcəyini sağlam düşüncəli ermənilər də anlayır. Lakin bəzən emosiyalar, tarixi miflər və revizionist xislət bu anlayışı kölgədə qoyur. Paşinyanın zaman-zaman rasionallıqdan uzaq ritorikası da bunun təzahürüdür. Buna baxmayaraq, hadisələrin inkişafı göstərir ki, Ermənistan istər-istəməz Azərbaycanın haqlı tələblərini qəbul etməyə məcbur olacaq. Əlbəttə, bu proses zaman ala bilər. Amma gec-tez Ermənistan Konstitusiyasında dəyişikliklər aparmalı və Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialardan imtina etməlidir. Referendumun keçirilməsi, istər parlament seçkiləri ilə paralel, istərsə də ondan sonra baş verə bilər. Amma istiqamət artıq bəllidir”

Siyasi şərhçi sonda vurğulayıb ki, əsas məsələ Ermənistanın nə planlaşdırmasından asılı olmayaraq, bu gün bölgədə yeni status-kvonun müəllifinin Azərbaycan olmasıdır:

“Bu status-kvonu dəyişmək mümkün deyil, çünki o, yalnız hərbi qələbəyə deyil, eyni zamanda siyasi iradəyə, iqtisadi dayanıqlığa və beynəlxalq hüquqa əsaslanır. Reallıq qalib gəlib və Ermənistanın da bu reallığı qəbul etməsi qaçılmazdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Aprel 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri