Yeni tikiləcək 5 metro stansiya harada yerləşəcək?
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Metronun “B-4” stansiyası “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyasından sonrakı stansiyası olacaq.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, Dövlət Proqramına uyğun olaraq “Bənövşəyi xətt” üzrə daha 5 stansiya inşa olunmalıdır:
“Həmin 5 stansiyadan biri, məsələn, “B-4” stansiyasından sonrakı “B-5” stansiyası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq. “Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan “Nizami” stansiyasına keçməklə hərəkətini “Yaşıl” xətt üzrə davam etdirəcək”.
Baxış sayı:113
Bu xəbər 25 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















