Icma.az
close
up
RU
Yeni universitetdə bu fakültələr olacaq

Yeni universitetdə bu fakültələr olacaq

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bu gün Azərbaycanın ali təhsil sistemində əlamətdar bir hadisədir. Ölkəmizdə yeni, müştərək bir universitet açılır – İtaliya–Azərbaycan Universiteti (İAU). Bu universitet ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaranır. 2020-ci ildə ölkə Prezidenti İtaliyada olarkən belə bir qərar qəbul edib və oradakı danışıqlar zamanı bunu razılaşdırılıb. 2022-ci ildə Prezidentin sərəncamı ilə universitetin yaradılması rəsmiləşib və qısa müddətdə hazırlıq işləri aparılıb. Bu gün isə İtaliya–Azərbaycan Universitetinin açılışıdır. Bu layihədə Azərbaycan tərəfindən ADA Universitetinin xüsusi xidmətləri var”.

Bu sözləri təhsil eksperti İlham Əhmədov Metbuat.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu müştərək universitet, ADA Universiteti kimi fəaliyyətinin ilk mərhələsində artıq beynəlxalq tələblər səviyyəsində formalaşdırılıb. Tədris əsasən italyan dilində olacaq, həmçinin bəzi proqramlar ingilis dilində də ola bilər:

“Hazırda tələbələrin və yerli müəllimlərin italyan dilini bilməsi müəyyən problem yaratsa da, yəqin ki, tezliklə bu məsələ öz həllini tapacaq (dil hazırlıq kursları təşkil etməklə v.s.). Hal-hazırda italyan dili ölkəmizdə xarici dil kimi az tədris olunur, çünki bu dilə elə də çox ehtiyac olmayıb. Əsasən son 30 ildə əcnəbi dil kimi ingilis dili, son 100 ildə isə rus dili geniş yayılıb. Lakin italyan dili də tədricən ölkəmizdə yayılacaq və bu universitetin fəaliyyəti italyan dilinin təbliği üçün mühüm məkan olacaq”.

İ.Əhmədov qeyd edib ki, yeni universitet İtaliyanın beş aparıcı universitetinin iştirakı ilə təsis olunur:

“Onlardan biri qədim tarixi ilə məşhur Boloniya Universitetidir. “Boloniya prosesi” də məhz bu universitetin adı ilə bağlıdır. Azərbaycan 20 il əvvəl bu prosesə qoşulub, lakin hələ də heç bir universitetimiz Boloniya standartları səviyyəsinə yüksələ bilməyib. İndi isə Boloniya Universitetinin yeni yaradılan universitetdə iştirakı bizi bu prosesə bir addım da yaxınlaşdıracaq.

Digər tərəfdaş universitetlər bunlardır: Luiss Universiteti, Milan Politeknik Universiteti, Turin Politexnik Universiteti və Sapienza Universiteti. Yeni universitet ADA Universiteti kimi öz fəaliyyətinə ilkin olaraq magistr proqramlarıl ilə başlayır. Daha sonra bakalavr proqramları da olacaq. Universitetdə hələlik iki fakültə fəaliyyət göstərəcək: Kənd təsərrüfatı və qida elmləri fakültəsi; dizayn və memarlıq fakültəsi.

Bu fakultələrin (ixtisasların) açılması düzgün seçimdir. Kənd təsərrüfatı və qida texnologiyaları üzrə müasir kadr hazırlığına ciddi ehtiyacımız var, çünki bu istiqamətdə kadr hazırlayan universitetlərimiz hələ beynəlxalq tələblərə cavab verə bilmirlər. Bu fakultələrin yaradılması həm də ölkəmizdə turizmin inkişafına təkan verə bilər.

Dizayn və memarlıq sahəsində isə əlavə fakültənin yaradılması tikinti sektorunda yeni yanaşmalara, ənənələrə və innovativ texnologiyaların transferinə yol açacaq”.

Ekspert əlavə edib ki, İAU ADA Universiteti ilə müştərək digər proqramların da həyata keçirilməsini də planlaşdırılır: “Hazırda magistratura səviyyəsində iki ixtisas üzrə proqram mövcuddur: Qida sənayesinin idarə edilməsi (Boloniya Universiteti ilə); Qlobal idarəetmə və siyasət (Luiss Universiteti ilə). Tezliklə bakalavr pilləsi üzrə də proqramlara start veriləcək. Bunlara dizayn, şəhərsalma, memarlıq və digər ixtisaslar daxildir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Oktyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri