Icma.az
close
up
RU
Yeni versiya ORTAYA ÇIXDI: “Əgər ABŞ dan Putinə işarə gəlsə…” KONKRET

Yeni versiya ORTAYA ÇIXDI: “Əgər ABŞ dan Putinə işarə gəlsə…” KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Vaşinqtonda ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında gərgin görüş ciddi müzakirə olunur və müxtəlif fikirlər səslənir. Trampın təşkil etdiyi əslində şoudur və bununla dünyaya göstərmək istəyir ki, ABŞ-ın iradəsi olmadan hər hansı münaqişə həll edilə bilməz. ABŞ Ukraynanı küncə sıxışdırmaqla onun təbii sərvətlərini ələ keçirtmək istəyir. Bununla belə, bir daha dünyanın ağası olduğunu sübut edir.

Baş verənlərlə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, dünəndən izlədiklərimiz heç də ürəkaçan mənzərə deyil:

“Bu gün yeni dünya düzəni qurulur. Keçmişdəki kimi, knyaz gəlir və xandan xeyir-dua almağa çalışır. İndi də eyni vəziyyətdir. Zelenski gəlib ki, yeni “xandan” xeyir-dua alsın. Tələbləri yerinə yetirmədiyinə görə isə “xan” ona xeyir-dua vermədi. Zelnskinin də “xanla” əl-qolla danışması məsələni qəlizləşdirdi. Məsələnin əsas məğzi belədir. Tramp əsəbləşib ki, mənim hesabıma müharibə aparmağın bir yana, hələ gəlib əl-qolla da danışırsan. Hətta Zelenskinin üstünə də gəldi. Ukraynanın xarici işlər naziri bu vəziyyətdə başını soxmağa yer axtarırdı. Azərbaycan mediası Zelenskidən qəhrəman obrazı düzəldir. Əzizlərim, ölkə rəhbəri qəhrəman olmamalıdır. O, bütün hallarda özünə nəzarət etməyi bacarmalıdır. Yəni, Trampla əl-qolla danışmaq qəhrəmanlıq deyil. Ölkənin düşdüyü çuxurdan çıxartmaq qəhrəmanlıqdır. Görünür, bu, Zelenskiyə qismət olmayacaq. Avropa liderlərinin sözlərinə inanmaq da təhlükəlidir. Çünki Avropa ölkələrinin hamısı silah ixracatı baxımından Rusiyadan geri qalır. Müharibədə məsələni həll edən təkcə pul deyil. Pul hər şeyi həll etsəydi, İsveçrə, Qətər, yaxud da Norveç dünyanın ən güclü ölkələri olardılar. Bunun üçün silah lazımdır. Silah da, dəmir də ABŞ-dadır. Avropa nə qədər pul xərcləsə də, Amerika silah və dəmiri Ukraynaya verməsə, pulun heç bir mənası olmayacaq. Bununla da Ukrayna Rusiya qarşısında dayana bilməyəcək. Üstəlik, Trampın xarakterini nəzərə alsaq. məsələ daha ciddi ola bilər. Əgər ABŞ-dan Putinə işarə gəlsə ki, hücumu genişləndir və Zelenskinin başına ağıl qoy, o zaman Ukrayna daha da çətin vəziyyətə düşə bilər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Mart 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri