Icma.az
close
up
RU
Yeni vəzifəyə təyin edilən Rza Məmmədov kimdir? DOSYE

Yeni vəzifəyə təyin edilən Rza Məmmədov kimdir? DOSYE

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rza Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Universitetin Mətbuat xidmətindən bildirilib.

Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007–2010-cu illərdə “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib. pizza mizza

2011-ci ildə Naxçıvan Dövlət Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014–2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində “Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı” üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.

Rza Məmmədov 2011-ci ildən bəri müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. 2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən “Naxçıvan” Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.

O, həmçinin Azərbaycan İdman Akademiyasında rektorun elmi məsələlər üzrə məsləhətçisi, Sumqayıt Dövlət Universitetində rektorun müşaviri və “Biznesin idarə edilməsi” kafedrasının dosenti olub. 2025-ci ilin martından ADNSU-da rektorun idarəetmə məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik və strateji yanaşmalar sahəsində 10-dan çox kitabın müəllifi və həmmüəllifi, 15-ə yaxın beynəlxalq məqalənin və 20-dən çox konfrans çıxışının müəllifidir


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri