Avropa ölkələri bazara 42,6 milyon barel neft çıxaracaq
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqının (Aİ) 12 üzv ölkəsi enerji təchizatında yarana biləcək problemlərin qarşısını almaq məqsədilə strateji ehtiyatlarından 42,6 milyon barel nefti bazara çıxaracaq.
Banco.az xəbər verir ki, neftin 2027-ci ilin yanvar ayının sonunadək bazara təqdim edilməsi nəzərdə tutulur. Bu həcmin 20,5 milyon barelini dizel yanacağı təşkil edəcək.
Qərarı Fransa, Almaniya, İtaliya, Belçika, Danimarka, Yunanıstan, Latviya, Litva, Lüksemburq, Niderland, Portuqaliya və İsveç dəstəkləyib.
Aİ-nin enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib ki, bu addım xüsusilə qış aylarında enerji bazarlarının sabitliyini qorumağa xidmət edir. Onun sözlərinə görə, ehtiyatlardan çıxarılan neftin təsirləri Beynəlxalq Enerji Agentliyi ilə birlikdə izləniləcək.
Bununla belə, geosiyasi gərginliklər səbəbindən qarşıdakı aylarda dizel qiymətlərinin yüksək qalacağı gözlənilir.
Qeyd edək ki, bu qərar G7 ölkələrinin bazara ümumilikdə 100 milyon barel xam neft və dizel çıxarmaq təşəbbüsündən bir neçə həftə sonra qəbul edilib. Aİ rəsmiləri eyni zamanda Rusiyadan təbii qaz idxalına qoyulan qadağanın qüvvədə qalacağını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Oktyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















