Icma.az
close
up
RU
“Yeni Zelandiyadan gətirilən kərə yağının gömrük qiyməti 11 manatdır” EKSPERT DANIŞDI

“Yeni Zelandiyadan gətirilən kərə yağının gömrük qiyməti 11 manatdır” EKSPERT DANIŞDI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kərəyağının bahalaşmasının əsas ənənəvi səbəbi ondan ibarətdir ki, Azərbaycanda kərəyağı istehsalı yerli tələbatın heç 10–15 faizini belə ödəmir. Ölkənin daxili tələbatını əsasən idxal məhsulları qarşılayır. İdxal məhsullarını, o cümlədən kərəyağını ölkəyə gətirən şirkətlər isə əsasən inhisarçı şirkətlərdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Bir tərəfdən ölkə daxilində kərəyağı qıtlığı yaşanır, digər tərəfdən isə idxalçılar inhisarçıdır. Buna görə də o idxalçılar, əsaslı səbəb olmadan, yalnız öz mənfəətlərini və gəlirlərini artırmaq məqsədilə kərəyağının qiymətini bahalaşdıra bilirlər. Yəni bu gün Azərbaycanın daxili bazarı kərəyağı seqmentində qiyməti əsasən idxalçıların diktəsi ilə formalaşdırır.

Məsələn, planlı şəkildə ölkəyə İrandan idxal olunan kərəyağının gömrük dəyəri təxminən 8 manat 30 qəpikdir. Amma biz həmin kərəyağlarını marketlərdə 18 manatdan ucuz görə bilmirik. Endirim dövründə belə, 16 manatdan aşağı qiymətə satılmır. Bu da o deməkdir ki, gömrük qiymətindən 2 dəfə baha satılır.

Bu prosesdə qiyməti idxalçılar müəyyənləşdirir. Məsələn, Yeni Zelandiyadan gətirilən kərəyağının gömrük qiyməti 11 manatdır. Amma həmin məhsulu biz 22, 23, hətta 24 manatdan ucuz ala bilmirik. Bu necə ola bilər? Azərbaycan gömrüyünə qədər 8 manata başa gələn kərəyağı bir neçə gün ərzində ikiqat bahalaşır. Yəni kərəyağının istehsalçısından daha çox qazancı idxalçılar əldə edir. Bu da onu göstərir ki, burada söhbət idxalçılardan gedir – çünki əsas qazancı onlar götürür. Bu problemin qarşısını almaq üçün isə yalnız rəqabət mühiti yaratmaq lazımdır. Kərəyağı idxal etmək istəyən hər bir sahibkara şərait yaradılmalıdır.

Əgər idxalçıların sayı çox olsa və onlar bir-birindən asılı olmasa, yəni rəqabət şəraiti yaransa, o zaman qiymətlər real bazar dəyəri ilə formalaşar. Məsələn, 8 manata başa gələn yağı 15–16 manata deyil, 10–12 manata satmaq olar.

Məlumdur ki, İranda kərəyağının maya dəyəri daha aşağıdır. Məsələn, Azərbaycanda dizel yanacağının 1 litri 1 manatdırsa, İranda bu göstərici 2 litr üçün 1 manatdır – yəni bizdən 10 dəfə, hətta 50 dəfə ucuz başa gəlir. Bu ucuzluq kənd təsərrüfatı məhsullarının dəyərinə də təsir edir və nəticədə İranda istehsal olunan məhsullar daha ucuz olur. Lakin biz bu məhsulları ölkəyə idxal etdikdən sonra yenidən süni şəkildə bahalaşdırırıq. Beləliklə, bu prosesin qarşısını almaq üçün idxalda real rəqabət mühiti vacibdir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri