Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edildi (FOTO)
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Azərbaycanda şirkət birləşmədən sonra nizamnamə kapitalının həcmi 8.92 milyon manata yüksəlib və şirkətin yeni şəxsin idarəetməsində fəaliyyətini davam etdirəcək.
Bu, "Aznet Technologies” Qapalı Səhmdar Cəmiyyətidir.
Şirkətə Rəşad Namazov Fuad oğlu direktor təyin edilib.
Rəşad Namazov Naxçıvan MR-in mobil operatoru olan "Naxtel” MMC-nin direktorudur.
Şirkət ötən ilin üçüncü rübündə "Aznet Technologies” MMC (VÖEN: 1308647091) "Araznet Technologies” MMC-nin (VÖEN: 0201577291) ona qoşulması şəklində yenidən təşkil olunduğunu elan etmişdi.
"Aznet Technologies” MMC "Araznet Technologies” MMC-nin bütün hüquq və vəzifələri üzrə hüquq varisi sayılmalı idi.
Qeyd edək ki, "Aznet Technologies” MMC 2 min manat nizamnamə kapitalına malikdir, qanuni təmsilçisi Dmitri Zverv Vladimiroviçdir.
"Araznet Technologies” MMC isə 8 milyon 918 min manat nizamnamə kapitalına malikdir. Bundan öncə qanuni təmsilçisi Ələddin Namazov Vidadi oğludur. Şirkət 22 may 2024-cü ildə dövlət qeydiyyatına alınmışdı. /Banker.az

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Yanvar 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















