Yeniyetmə cüdoçular üçün dünya çempionatı öncəsi seminar keçirilib
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya çempionatı ərəfəsində yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvləri üçün hakimlik qaydalarına həsr olunan seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, məşğələ cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində keçirilib.
Seminara Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib. Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər.
Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub.
Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib.
Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Avqust 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















