Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi keçiriləcək
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşdirəcəklər.
6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər 12:30-da başlayacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.
Bu mövzuda digər xəbərlər:Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başa çatıb
09 Fevral 2025 19:59
Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək
20 Avqust 2025 16:40
Yeniyetmə cüdoçuların region birinciliyi keçiriləcək
10 İyul 2026 20:58
Naxçıvanda yeniyetmə cüdoçuların region birinciliyi keçiriləcək
22 Aprel 2026 16:17
Yeniyetmə atletlər arasında ölkə birinciliyi keçirilib
07 İyun 2026 10:24
Baxış sayı:171
Bu xəbər 03 Fevral 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















