Yeniyetmə yelləncəyin kəndirini açarkən boğulub ölübmüş
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Dünən Salyanda 13 yaşlı məktəblinin ölümü ilə nəticələnmiş hadisənin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 2001-ci il təvəllüdlü Ə.Səlimovun yelləncəyin ipini açarkən boğularaq ölməsi müəyyənləşib.
Belə ki, ilkin araşdırmalar zamanı yeniyetmənin dünən saat 13 radələrində təhsil aldığı məktəbdən evə gəlməsi və bir qədər sonra evin arxa hissəsində yerləşən yelləncəyin ağacdan asılmış kəndirini açmaq üçün ora getdiyi məlum olub.
Bu zaman Ə.Səlimovun ayağının altındakı stul tərpənib və kəndirin düyünlənmiş hissəsi onun boğazına keçib. Ə.Səlimov köməksiz vəziyyətdə qalaraq boğularaq ölüb.
Ə.Səlimovun meyiti dünən saat 15 radələrində qonşuları tərəfindən aşkar edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Baxış sayı:41
Bu xəbər 06 Noyabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















