Icma.az
close
up
RU
Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR?

Yeniyetmələr arasında kriminal aləmə maraq artıb: SƏBƏB NƏDİR?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 14-də ölkəmizin ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirləri maraqlı anlarla yadda qalıb.

Lakin məktəblərdən birində çəkilən fotolar sosial şəbəkələrdə müzakirə yaradıb.Fotoda məzunların “Son zəng” ənənəsi olaraq üzərində təbrik və ürək sözləri yazılan məktəb köynəklərində “oğru dünyası”na xas əlamətlərə üstünlük verildiyi görünür.

Sosial şəbəkə istifadəçiləri bunu gənclərin “oğru dünyası”na, “qanuni oğru”lara, kiminal aləmə meyilinin günbəgün artması ilə izah edir və bunun mənfi nəticələri olacağını bildirirlər.Bəs 11-ci sinifi bitirib müstəqil həyata qədəm qoyan gənclərin bu cür təhlükəli maraqlara yönəlməsi nə ilə bağlıdır? Cəmiyyətdə onların kriminal aləmə marağının artması hansı sosial səbəblərlə izah oluna bilər? Bu gəncləri bu yoldan çəkindirmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Cebhinfo.az”-a açıqlamasında psixoloq-pedaqoq Zeynəb Əyyubova qeyd edib ki, bu yaşda gənclərin "oğru dünyasına" meyili ciddi sosial siqnaldır.

Onun sözlərinə görə, 11-ci sinfi bitirən gənclər artıq həyatlarının keçid dövrünü yaşayırlar, yəni uşaqlıqdan gəncliyə keçirlər:

“Bu mərhələdə onlar kimlik axtarışındadırlar və fərqli olmaq, seçilmək ehtiyacı hiss edirlər. Təəssüf ki, bəziləri üçün bu “seçilmə” üsulu kriminal aləmə meyillənmə ilə ifadə olunur.

Sosial mediada “qəhrəmanlaşdırılan” “qanuni oğru” obrazları, kriminal seriallar, musiqilər və təsirli nitqlər gənclərdə bu dünyaya maraq oyadır. Əslində bu təkcə fərdi bir davranış deyil, geniş yayılarsa, gələcəkdə bir nəsil üçün kriminallaşma təhlükəsi yarada bilər.

Cəmiyyətin əxlaqi və hüquqi əsasları sarsılır. Gənclərin bu cür meyilləri normal qarşılaması, cinayətkar həyat tərzinin “prestijli” kimi görünməsi təhlükəli bir trendə çevrilə bilər".

Psixoloq qeyd edib ki, burada əsas məsuliyyət ailələrin, məktəblərin və media qurumlarının üzərinə düşür:

"Bu cür hallarla qarşılaşmamaq üçün ailələr övladları ilə mütəmadi ünsiyyətdə olmalı, onları tənqid etmədən dinləməli və yönləndirməlidirlər. Məktəblər təkcə akademik bilik yox, eyni zamanda sağlam dəyərləri aşılamalı, müasir dövrün real qəhrəmanlarını tanıtmalıdır.

Bundan başqa, media bu cür halları ifşa etməklə yanaşı, eyni zamanda bu davranışların arxasındakı səbəbləri və fəsadları göstərməlidir. Cinayət aləmini romantikləşdirmək əvəzinə, onun dağıdıcı nəticələri göstərilməlidir".

O bildirib ki, gənclərə düzgün model təqdim olunmalıdır:

"Gəncləri anlamağa çalışaq. Onlar qaranlıqda qalanda, yanlış yollara meyil edirlər. Əgər bir gənc diqqət görmürsə, bu diqqəti neqativ şəkildə səs-küy salaraq, sərhəd pozaraq, diqqət mərkəzinə düşərək qazanmağa çalışır. Biz isə onları düzgün yolu seçmələrinə yardım etməliyik".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyun 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri