Icma.az
close
up
RU
Yeniyetməlik 32 yaşında bitir, 66 yaşında qocalmağa başlayırıq Yeni araşdırma

Yeniyetməlik 32 yaşında bitir, 66 yaşında qocalmağa başlayırıq Yeni araşdırma

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ümumi təsəvvürə görə, yeniyetməlik dövrü 20 yaşların əvvəlində sona yetir. Lakin Kembric Universitetinin alimlərinə görə, məsələ bundan ibarət deyil. 

Qaynarinfo xəbər verir ki, yeni bir araşdırma insan beyninin beş əsas mərhələdən ibarət olduğunu ortaya qoyur. Bu mərhələlərə əsasən isə yeniyetməlik 9 yaşında başlayır və 32 yaşına qədər davam edir. 

Kebric Universitetinin tədqiqatçıları yaşları 0-dan 90-a qədər dəyişən 3.802 nəfərin beyin görüntülərini müqayisə edib. Aparılan analizlər, orta insan ömrünün beş əsas mərhələdən – uşaqlıq, yeniyetməlik, yetkinlik, erkən yaşlanma və gec yaşlanmadan ibarət olduğunu və bu mərhələləri müəyyən edən dörd böyük dönüm nöqtəsinin mövcudluğunu üzə çıxarıb.

Araşdırma müəllifləri 30 yaşlarının əvvəlində olan, lakin hələ də tam yetkin insan kimi hiss etməyən şəxslərin haqsız olmadığını, çünki yeniyetməlik dövrünün 32 yaşına qədər davam etdiyini bildirirlər.

Baş tədqiqatçı Dr. Aleksa Mousli "Daily Mail”ə açıqlamasında belə deyib: "Beyin, yeniyetməliyin başladığı dövrlərdə işə düşən və 30 yaşların əvvəlinə qədər uzanan təbii keçid mərhələsindən keçir. Bu yaş aralığı bir çoxlarının yeniyetməlik kimi qəbul etdiyindən daha uzundur".

Tədqiqatçılara görə, beynimizin yetkin formaya çatması təxminən üç onillik davam edən yenidən qurulma tələb edir. 30 yaşların ortasına çatdıqda isə zəka və şəxsiyyət sabit bir "plato” mərhələsinə daxil olur.

Beynin beş əsas dövrü

Araşdırma "Nature Communications” jurnalında dərc olunub. Alimlər MRI diffuziya görüntüləmə üsulundan istifadə edərək, su molekullarının beyin toxuması boyunca hərəkətini analiz edib və bu yolla sinir əlaqələrinin xəritəsini çıxarıblar. Minlərlə görüntünü təhlil etdikdən sonra beynin beş əsas inkişaf mərhələsindən keçdiyini müəyyənləşdiriblər:

1. Uşaqlıq dövrü (0–9 yaş)

Bu mərhələdə beyin intensiv inkişaf və yenidən qurulma yaşayır. Ən önəmli proses isə neyronlar arasındakı artıq sinapsların təmizləndiyi, yalnız ən aktiv əlaqələrin qaldığı "şəbəkə konsolidasiyası”dır.

Bu dövrdə beyin qabığındakı boz maddə və daxildəki ağ maddə böyüyür, beyin qıvrımları sabitləşir. Ağ maddə məlumat ötürülməsi üçün həyati əhəmiyyət daşıyır, boz maddə isə yaddaş, emosiyalar və qərarvermə kimi ali funksiyaları idarə edir.

Təxminən 9 yaşında beyin ilk böyük dönüm nöqtəsinə – idrak qabiliyyətində nəzərəçarpacaq dəyişiklik mərhələsinə daxil olur.

2. Yeniyetməlik dövrü (9–32 yaş)

Bu dövrdə ağ maddə böyüməyə davam edir, lakin əsas dəyişikliklər neyronlar arasındakı əlaqələr səviyyəsində müşahidə olunur. Beyin getdikcə daha səmərəli və təkmilləşmiş bir arxitekturaya sahib olur.

Dr. Mousli bunu belə izah edir: "Beyindəki səmərəlilik iki nöqtə arasındakı qısa və birbaşa yol kimi düşünülə bilər. Beyin bölgələri arasında daha qısa yollar qurulduqca beyin daha səmərəli işləyir".

Bu mərhələ həm lokal, həm də ümumi beyin səviyyəsində səmərəli əlaqələrin güclənməsi ilə seçilir. Dəyişikliklər 30 yaşlarının əvvəlində – bütün həyatımızın "ən güclü topoloji dönüm nöqtəsi”ndə zirvəyə çatır.

Lakin yeniyetməlik dövrü psixi sağlamlıq pozuntularının artdığı yaş aralığı ilə də üst-üstə düşür.

Professor Dunkan Astl deyir: "Bir çox neyroinkişaf, psixi sağlamlıq və nevroloji vəziyyət beynin əlaqə qurma tərzi ilə bağlıdır. Beyin əlaqələrindəki fərqlər diqqət, dil, yaddaş və müxtəlif davranış çətinliklərini proqnozlaşdıra bilir".

3. Yetkinlik dövrü (32–66 yaş)

Bu ən uzun mərhələdir. Beyin artıq səmərəliliyi artırmaq əvəzinə sabitləşmə və strukturun daha çox ayrıldığı bir dövrə daxil olur. Alimlər bunu zəka və şəxsiyyətdə müşahidə olunan "plato” ilə əlaqələndirir.

4. Erkən yaşlanma dövrü (66 yaşdan etibarən)

Bu mərhələdən etibarən beyin əlaqələrində azalma, ağ maddədə isə tədrici zəifləmə baş verir. Dr. Mousli qeyd edir ki, bu yaşda hipertoniya kimi beyni təsir edən xəstəliklərin riski artır.

5. Gec yaşlanma dövrü (83 yaşdan etibarən)

Beynin son inkişaf mərhələsi. Bu dövrdə beyin ümumi əlaqələrdə dramatik azalma yaşayır və müəyyən bölgələrə daha çox asılı olur. Bu, yeniyetməlik dövründə qurulan əlaqələrin yaşla zəifləməsinin nəticəsi kimi qiymətləndirilir.

Dr. Mousli bunu belə təsvir edir: "Təsəvvür edin ki, işə getmək üçün birbaşa avtobusdan istifadə edirsiniz. Əgər bu xətt ləğv olunsa, iki avtobus dəyişməli olarsınız. Bu halda keçid dayanacağı birdən-birə daha vacib hala gəlir. Yaşlanan beyində də eyni proses baş verir – bəzi əlaqələr zəiflədikcə digər bölgələr daha kritik rol oynamağa başlayır".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri