Yeniyetmənin axtarışı üçün Arazın suyu azaldıldı
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.
Gununsesi.info report-a istinadən xəbər verir ki, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək batıb. Batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub, axtarışlar davam etdirilir.
Baxış sayı:145
Bu xəbər 08 İyun 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















