Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Məmməd Arazın Xatirə Gecəsi keçirildi FOTOLAR

Məmməd Arazın Xatirə Gecəsi keçirildi FOTOLAR

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir şəhidlərin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gecədə vurğulanıb ki, Məmməd Araz yaradıcılığı təkcə poeziya deyil, millətin yaddaşı, yol xəritəsi və vicdan səsidir. Onun misralarında dağların sükutu, şəhərin hay-küyü və insanın içindəki böyük Vətən sevgisi bir araya gəlir.

Tədbir çərçivəsində ölkənin tanınmış elm və ədəbiyyat adamları çıxış ediblər. Akademiklər Nizami Cəfərov və Muxtar İmanov, ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xalq şairi Sabir Rüstəmxanlı Məmməd Araz yaradıcılığının poetik, fəlsəfi, folklor və vətəndaşlıq qatlarından bəhs ediblər. Tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı və filoloq-alim, şair Adilə Nəzər isə çıxışlarında şairin poeziyasının çağdaş ədəbi düşüncədə davam edən təsirinə diqqət çəkib, eyni zamanda ustada həsr etdikləri şeirlərini  səsləndiriblər.

Gecə boyunca şairin misraları müxtəlif sənət növlərində səslənib. Respublikanın Əməkddar artısti Nuriyyə Hüseynova, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova, Aşıq Ramin Qarayev, bəstəkar və müğənnilər Niyaməddin Musayev, Çilənay Hüseynova, müğənnilər Mehranə Vəliqızı, Sərxan Bünyadzadə Məmməd Araz sözünü musiqi və muğamın dili ilə tamaşaçılara çatdırıblar. 

Şairin poeziyası bədii qiraətdə də xüsusi yer tutub. Aktyor və qiraət ustaları Kamran Yunis, Həlimət Sultan, Şirzad Pirallahı, Müşfiqə Baləddinqızı, Ülviyyə Niyazqızı, İbrahim Əhmədov, eləcə də Hədəf Liseyinin şagirdləri Məmməd Arazın şeirlərini böyük duyğu ilə səsləndiriblər.

Tədbirdə həmçinin Məmməd Arazın Naxçıvandakı ev muzeyindən video-görüntülər və muzeyin direktoru Əzizə Süleymanovanın çıxışı nümayiş etdirilib. 

Ailə üzvləri adından yazıçı Aqil Abbas çıxış edib və şairin xatirəsi yad edilən Gecəni təşkil edənlərə təşəkkürlərini çatdırıb. 

Tədbir iştirakçılarına şairin 4 cildlik kitabları hədiyyə edilib. 

Xatirə gecəsi şairin öz səsi ilə səslənən “Salamat qal” şeiri ilə yekunlaşıb. Bu səs bir daha sübut edib ki, şairlər getsə də, poeziyası ilə xalqın yaddaşında yaşayır.

Məmməd Arazın Xatirə Gecəsi Azərbaycan poeziyasına, milli yaddaşa və sözə ehtiramın parlaq nümunəsi kimi yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Yanvar 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri