Icma.az
close
up
RU
Yer cazibə qüvvəsini 7 saniyəyə itirəcək? Elmi əsasları olmayan iddia

Yer cazibə qüvvəsini 7 saniyəyə itirəcək? Elmi əsasları olmayan iddia

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xarici mətbuat və sosial şəbəkələrdə “12 avqust 2026-cı ildə Yer planeti 7 saniyə ərzində cazibə qüvvəsini itirəcək, bu müddətdə bütün lövbərsiz obyektlər havaya qalxacaq və ardınca böyük dağıntılar baş verəcək”,- məzmununda iddialar yayılıb.

Reyting.az-ın məlumatına görə, bu iddialara əsasən, guya hadisə iki qara dəliyin yaydığı cazibə dalğalarının kəsişməsi nəticəsində baş verəcək.

Ciddi elmi təsdiqi olmayan bu məlumatlarda cazibə qüvvəsinin 94 faizdən çox azalacağı, milyonlarla insanın həyatını itirəcəyi və qlobal xaosun yaranacağı iddia olunur.

Bəzi paylaşımlarda NASA-nın bu vəziyyətdən illərdir xəbərdar olduğu bildirilir. İddialara görə, 2014-cü ildə başladıldığı deyilən “Layihə Çapaq” adlı gizli proqram çərçivəsində cazibə qüvvəsinin mümkün itkisinə qarşı hazırlıq görülür. Guya layihə üçün 89 milyard dollar büdcə ayrılıb və proqram yalnız dövlət başçıları, hərbi rəsmilər, alimlər və “kritik personal” üçün xüsusi sığınacaqların tikintisini nəzərdə tutur.

Məlumatlarda qeyd olunur ki, cazibə qüvvəsinin guya yox olacağı an 12 avqust 2026-cı il, UTC vaxtı ilə saat 14:33-ə təsadüf edir.

Lakin mütəxəssislər bu iddiaların heç bir elmi əsasının olmadığını vurğulayırlar. Fiziklərin fikrincə, cazibə qüvvəsi qara dəliklərin yaratdığı müvəqqəti “nasazlıq” nəticəsində yox ola bilən bir hadisə deyil. Yer kürəsində cazibə qüvvəsi planetin kütləsindən asılı olan fundamental fizika qanunudur və bu miqyasda qəfil itki mümkün sayılmır.

NASA da daxil olmaqla heç bir kosmik agentlik və ya elmi qurum Yer kürəsinin müvəqqəti olaraq cazibə qüvvəsini itirəcəyi ilə bağlı açıqlama verməyib. Sosial mediada adı çəkilən “Layihə Çapaq” adlı sənədlərlə bağlı da heç bir rəsmi və ya təsdiqlənmiş məlumat mövcud deyil.

Mütəxəssislərin qənaətinə görə, bu iddialar zəncirvari şəkildə yayılan, əsassız bir paylaşımın nəticəsidir. Alimlər xüsusilə sosial mediada dezinformasiyanın sürətlə yayıldığını qeyd edərək, bu cür məlumatların çaxnaşmaya səbəb olmaması üçün ehtiyatlı olmağa çağırırlar.

Nəticə etibarilə, Yer kürəsinin 7 saniyə ərzində cazibə qüvvəsini itirəcəyi ilə bağlı iddialar heç bir dəlilə əsaslanmır və elmi ictimaiyyət tərəfindən tamamilə əsassız hesab olunur.

V. QULİYEV


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:837
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri