Icma.az
close
up
RU
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi nəzəri əsasları araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi nəzəri əsasları araşdırılır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 avqust, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə yarımillik hesabatı müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda şöbə müdiri dosent Fərhad Yusifov çıxış edərək 6 ay ərzində rəhbərlik etdiyi struktur bölmədə aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verib. O bildirib ki, rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda kibersuverenlik sahəsində beynəlxalq təcrübə analiz olunub, eləcə də dövlətin kibersuverenliyi problemləri, konseptual yanaşmalar və perspektivlərinə dair tədqiqatlar aparılıb.

Dosent F.Yusifov “Rəqəmsal dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar” mövzusunda vətəndaşyönümlü yanaşma əsasında rəqəmsal dövlətin konseptual modelinin işlənməsi, eləcə də Qrant layihəsi çərçivəsində Sənaye 4.0 platformasında neft və qaz sektorunun inkişaf modellərinin analizi istiqamətində tədqiqatlar aparıldığını, məqalələr hazırlandığını qeyd edib.

“Süni intellektin təsiri ilə iqtisadiyyatın transformasiyasının analizi və qiymətləndirilməsi” mövzusunda 6 ay ərzində aparılan tədqiqatlar haqqında məlumat verən şöbə müdiri süni intellektin inkişafına dair qlobal tendensiyaların araşdırılması, qabaqcıl ölkələrin süni intellekt strategiyalarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqatlardan bəhs edib.

Məruzəçi bildirib ki, şöbədə e-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti ilə bağlı məsələlər də diqqət mərkəzində olub, e-demoqrafiya 4.0 platformasında fərdlərin sosial krediti əsasında cəmiyyətin qiymətləndirilməsinə dair məqalə işlənilib. “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda milli dəyərlər və stereotip düşüncənin fərdi tibbi məlumatların qorunmasına təsirinin analizi, folklordan qaynaqlanan kollektiv biliklə süni intellekt modellərinin müqayisəli analizi məsələlərinə baxılıb.

Şöbə müdiri yarım il ərzində Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri, Azərbaycanda elm tarixinin yaranması və inkişafı tarixinin araşdırılması kimi aktual istiqamətlərdə aparılan tədqiqatların nəticələri haqqında da məlumat verib.

Həmçinin e-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi mövzusunda araşdırmaların aparıldığını söyləyib.

Sonra məruzəçi “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi jurnallarda dərc olunan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim edilən tezislər haqqında məlumat verib.

Dosent F.Yusifov əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlərdən də bəhs edib, şöbənin elmmetrik göstəricilərini diqqətə çatdırıb.

Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatına münasibətini bildirib. Alim institutda dövlətin kibersuverenliyinin təmin olunması, eləcə də rəqəmsal dövlət problemlərinə dair tədqiqatların dərinləşdirilməsinin müasir dövrün tələbi olduğunu deyib. Gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi, aktual elmi problemlərə həsr olunmuş məqalələrin işlənilməsi və mütəmadi olaraq şöbələrarası seminarların keçirilməsinə dair tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə yarımillik hesabatı qənaətbəxş hesab olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:435
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri