Icma.az
close
up
RU
Mədəniyyət siyasətinin elmi əsasları

Mədəniyyət siyasətinin elmi əsasları

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir mədəniyyət modelinin formalaşdırılmasında peşəkar yanaşma

Müasir dövrdə mədəniyyət təkcə estetik və yaradıcı fəaliyyət sahəsi deyil, cəmiyyətin sosial davranış modelini, milli kimlik şüurunu, idarəetmə mədəniyyətini və inkişaf prioritetlərini müəyyən edən strateji amildir. Bu baxımdan Azərbaycanın müasir mədəniyyət modelinin formalaşdırılması təsadüfi yanaşmalarla deyil, elmi əsaslara, metodoloji ardıcıllığa və institusional məsuliyyətə söykənməlidir.

Son illər sosial platformalarda mədəniyyət sahəsi üzrə sistemli elmi hazırlığı olmayan şəxslərin mədəniyyət haqqında səthi, bəzən isə əsassız rəy və təkliflərlə çıxış etməsi narahatedici tendensiyaya çevrilmişdir. Bu cür yanaşmalar mədəniyyət anlayışının mahiyyətini təhrif edir, elmi terminlərin deformasiyasına yol açır və ictimai rəyin yanlış istiqamətdə formalaşmasına səbəb olur. Mədəniyyətin populyar müzakirə obyektinə çevrilməsi onun elmi şərhini əvəz etməməlidir.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının və Kulturoloqlar Cəmiyyətinin üzvü kimi prinsipial mövqeyimi ifadə edərək vurğulamaq istəyirəm ki, mədəniyyətin elmi-konseptual izahı və strateji istiqamətləndirilməsi yalnız bu sahə üzrə ixtisaslaşmış, akademik hazırlığa və metodoloji səriştəyə malik mütəxəssislərin səlahiyyət dairəsinə aiddir. Mədəniyyət hər kəsin maraq dairəsində ola bilər, lakin onu elmi əsaslarla şərh etmək, modelləşdirmək və dövlət siyasəti səviyyəsində yönləndirmək peşəkar məsuliyyət tələb edir.

İctimai diskursda hər bir fərdin öz peşə və ixtisas sahəsinə uyğun mövqe bildirməsi həm elmi etikaya, həm də milli maraqlara xidmət edir. Səlahiyyət hüdudlarının gözlənilməməsi mədəniyyətə dəstək deyil, əksinə, onun institusional nüfuzuna və strateji inkişaf perspektivlərinə kölgə salır. Mədəniyyət haqqında danışmaq hüququ ilə mədəniyyəti elmi şəkildə izah etmək səlahiyyəti eyni anlayışlar deyil və bu fərqin nəzərə alınmaması ciddi metodoloji risklər yaradır.

Bu kontekstdə qəti şəkildə vurğulanmalıdır ki, Azərbaycanın müasir mədəniyyət modelinin konseptuallaşdırılması və düzgün dərk dilməsi, elmi məsuliyyət, analitik yanaşma və peşəkar səlahiyyət tələb edən, strateji prosesdir. Bu proses subyektiv mülahizələrə, fragmentar yanaşmalara və elmi əsasdan məhrum təsəvvürlərə buraxıla bilməz. Elmi əsaslara söykənməyən hər bir “mədəni hökm” mədəniyyətə xidmət deyil, əksinə, onun inkişafına maneədir.

“Azərbaycan mədəniyyəti – 2040”: yeni mərhələnin strateji çərçivəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası ölkənin yeni sosial-mədəni inkişaf mərhələsini müəyyən edən fundamental sənəddir. Bu Konsepsiya mədəniyyəti yalnız irs, ədəbiyyat və incəsənət sahəsi kimi deyil, cəmiyyətin bütöv sosial sistemi, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasının əsas mexanizmi və milli təhlükəsizliyin strateji komponenti kimi təqdim edir.

Konsepsiya Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideoloji xəttin müasir dövrdə institusional davamı kimi çıxış edir. Xüsusilə ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpasından sonra mədəni kimliyin möhkəmləndirilməsi, milli şüurun dərinləşdirilməsi və ideoloji bütövlüyün qorunması prioritet vəzifəyə çevrilmişdir.

Sənəddə mədəniyyətin insanın düşüncə tərzini, davranış modelini, ictimai münasibətləri və idarəetmə mədəniyyətini formalaşdıran əsas amil kimi təqdim olunması sovet dövründən miras qalmış “mədəniyyət – üstquruluşdur” yanaşmasının köklü şəkildə aşılmasına yönəlmişdir. Qloballaşma, rəqəmsallaşma, süni intellekt və mediareallığın dominantlığı şəraitində bu yanaşma xüsusilə aktuallıq kəsb edir.

Konsepsiyanın mərkəzində insan amilinin dayanması Azərbaycan kulturologiya elminin banisi, professor Fuad Məmmədovun “Yüksək mədəniyyətli insan” nəzəriyyəsi ilə üzvi şəkildə səsləşir. Bu nəzəriyyə sübut edir ki, yalnız yüksək mədəniyyətə malik vətəndaşlar dayanıqlı, rəqabətqabiliyyətli və təhlükəsiz milli inkişafı təmin edə bilərlər.

Peşəkar kulturoloqlar qarşısında duran strateji vəzifələr

Azərbaycan kulturologiya elminin tədqiqatçısı, Prof. Fuad Məmmədov, milli mədəniyyətin elmi əsaslarla inkişaf etdirilməsi sahəsində misilsiz xidmətlər göstərmişdir. O, yalnız nəzəriyyəçi və tədqiqatçı kimi deyil, həm də milli mədəniyyətin strateji istiqamətlərinin müəyyən edilməsində praktik töhfələr vermişdir. Prof. Məmmədovun yaradıcılığı Azərbaycan mədəniyyətinin konseptual bazasının formalaşmasında və milli identikliyin möhkəmləndirilməsində fundamental rol oynayıb.

Xüsusilə, onun təqdim etdiyi “Yüksək mədəniyyətli insan” nəzəriyyəsi strateji əhəmiyyət kəsb edir. Bu nəzəriyyəyə görə, yalnız yüksək mədəniyyətə malik vətəndaşlar dayanıqlı, rəqabətqabiliyyətli və təhlükəsiz milli inkişafı təmin edə bilərlər. Prof. Məmmədovun bu təklifi həm mədəniyyətin sosial sistem kimi qurulmasını, həm də, cənab Prezident İlham Əliyevin irəli sürdüyü, insan kapitalının formalaşdırılmasını elmi baxımdan prioritet kimi qəbul etməyə çağırır.

Strateji sənədlərin qəbul edilməsi mühüm addımdır, lakin onların düzgün dərk edilməsi və real icra mexanizmlərinin formalaşdırılması daha böyük məsuliyyət tələb edir. Prof. Məmmədovun konseptual tövsiyələrinə əsasən, aşağıdakı istiqamətlər xüsusi əhəmiyyət daşıyır:

·   yüksək mədəniyyətli vətəndaşların yetişdirilməsinin insan kapitalının əsas elementi kimi prioritet elan edilməsi;

·   mədəniyyətin həyat fəaliyyəti keyfiyyətini yüksəldən bütöv sosial sistem kimi cəmiyyətdə elmi əsaslarla izahı;

·   intellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin dövlət səviyyəsində sistemli inkişafı;

·   təhsilin bütün pillələrində kulturoloji biliklərin, və mədəniyyət haqqında elmin nailiyyətlərinin, institusional şəkildə tətbiqi;

·   mədəniyyət sahəsində qərarların və əldə olunan nəticələrin, elmi qiymətləndirilməsi üçün kulturoloji ekspertiza mexanizmlərinin yaradılması;

·   meritokratik mədəniyyətin təşviqi və dəstəklənməsi;

·   strateji kulturoloji tədqiqatlar üçün ixtisaslaşmış akademik institutların formalaşdırılması;

·   mədəniyyəti sosial sistem kimi təsbit edən yeni “Mədəniyyət haqqında” qanunun hazırlanması;

·   Azərbaycan kulturologiyasının elm və tədris sahəsi kimi qanunvericilik səviyyəsində institusionallaşdırılması.

Azərbaycanın müasir mədəniyyət modelinin formalaşdırılması təsadüfi fikirlərə və qeyri-peşəkar müdaxilələrə buraxıla bilməyəcək qədər strateji əhəmiyyət daşıyır. Mədəniyyətin elmi konseptuallaşdırılması yalnız bu sahənin həqiqi mütəxəssislərinin bilik və məsuliyyəti əsasında mümkündür. Əks halda, mədəniyyətə xidmət adı altında aparılan yanlış interpretasiyalar milli mədəni təhlükəsizlik üçün risk faktoruna çevrilə bilər.

Bu çağırış istisna etmək üçün deyil, elmi intizamı və milli maraqları qorumaq üçündür. Azərbaycanın gələcək mədəni taleyi peşəkarlıq, elmi məsuliyyət və institusional yanaşma tələb edir.

Vüsalə Məmmədzadə

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri