Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Gələn həftə Yer kürəsinin sakinləri G1 səviyyəli maqnit qasırğalarını hiss edəcəklər. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu proqnoz Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası və Heliofiziki Cihazlar Laboratoriyası tərəfindən verilib. Mütəxəssislərin proqnozlarına görə, aprelin 29-da və 30-da Yer kürəsi dalğalanmalara məruz qala bilər, lakin yaxınlaşan qasırğaların potensial maksimumu G1 səviyyəsindədir. Növbəti dəfə belə dalğalanmalar yalnız may ayının ortalarında gözlənilir. Qeyd etmək lazımdır ki, G1 maqnit qasırğasının minimum səviyyəsidir. Alimlər maqnit qasırğalarını beş kateqoriyaya bölürlər - G1 zəif qasırğaları, G5 isə olduqca güclü qasırğaları əks etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 22 Aprel 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















