Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da axşam saatlarında Yer kürəsində başlayan maqnit qasırğası iyul ayından bəri qeydə alınan ən güclü geomaqnit hadisəsi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş-Yer Fizika İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası baş verir. Sonuncu dəfə buna bənzər gücdə maqnit qasırğası 2026-cı il iyulun 4-də müşahidə olunub”, – deyə məlumatda bildirilib.
Alimlərin sözlərinə görə, geomaqnit pozuntularına həftənin əvvəlində Günəşdə baş verən güclü aktivlik nəticəsində kosmosa atılan plazma buludlarının Yerə çatması səbəb olub.
Hazırda maqnit qasırğasının intensivliyi G3 səviyyəsində qiymətləndirilir. Bu, güclü geomaqnit qasırğası kateqoriyasına daxildir.
Baxış sayı:134
Bu xəbər 11 Oktyabr 2026 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















