Icma.az
close
up
RU
Yer kürəsinə yeni təhlükə: Keniyanın kəndinə böyük kosmik tullantı düşüb

Yer kürəsinə yeni təhlükə: Keniyanın kəndinə böyük kosmik tullantı düşüb

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Keniyadakı Mukuku kəndinə kosmosdan gözlənilməz "qonaq" gəlib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Keniya Kosmik Agentliyindən verilən açıqlamaya görə, təxminən 500 kiloqram ağırlığında və 2,5 metr diametrində olan bu obyekt kənddə heç bir can itkisinə səbəb olmayıb.

Rəsmilər, obyektin "ehtimal ki, raketin ayrılma mərhələsindən qalan" tullantı olduğunu söyləyib. Obyektin hansı ölkəyə və ya təşkilata aid olduğunu müəyyən etmək üçün dağıntı parçaları araşdırılacağı bildirilib.

Keniya Kosmik Agentliyindən Mayor Alois: “Obyektin sahibi müəyyən edildikdən sonra beynəlxalq hüquqda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə edilməklə təqsirli şəxslər məsuliyyətə cəlb olunacaqlar”, - deyə bildirib.

Kosmik tullantıların çoxu atmosferə girərkən yanır və ya okean kimi yaşayış olmayan ərazilərə düşür.

Lakin bu həmişə mümkün olmur. Məsələn, 2024-cü ilin may ayında "SpaceX" tullantısının bir parçası Şimali Karolinadakı dağ kurortunun yaxınlığındakı gəzinti cığırına düşüb. Mütəxəssislər belə hadisələrin ciddi risklər daşıdığını vurğulayırlar.

Harvard-Smithsonian Astrofizika Mərkəzindən Jonathan McDovell bu təhlükənin vurğulayaraq: "Əgər o zibil bir insanın üzərinə düşsəydi, tamamilə ölümlə nəticələnən hadisə törədərdi", - deyib.

Kosmik tullantılar səbəbindən indiyədək heç bir ölüm olmayıb, lakin 2023-cü ilin martında Beynəlxalq Kosmik Stansiyadan düşən iki kiloqramlıq dağıntı Florida ştatında bir ailənin evinin damını deşmişdi.

1950-ci illərdən etibarən kosmosa göndərilən raket və peyklərin sayı sürətlə artır. ABŞ Beynəlxalq Ticarət Komissiyasının məlumatına görə, 2008-2017-ci illər arasında ildə orta hesabla 82 atış həyata keçirildiyi halda, 2018-2022-ci illərdə bu rəqəm 130-a yüksəlib. 2024-cü ildə 250 buraxılışla yeni rekord qırıldı.

Kosmosdakı milyonlarla kiçik zibil Yerin orbitində güllə sürəti ilə hərəkət edir və bu, həm yerdə, həm də kosmosda ciddi təhlükələr yaradır.

Dekabr ayında Amerika Geofizika İttifaqının iclasında çıxış edən fizik Tomas Berger xəbərdarlıq etmişdi ki, belə dağıntılar “dayanılmaz zəncirvari toqquşmaya səbəb ola bilər və kosmosu tamamilə yararsız hala sala bilər”.

Bu hadisə kosmosun artan çirklənməsini və kosmik fəaliyyətlərə nəzarətin zəruriliyini bir daha ortaya qoyub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Yanvar 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri