Icma.az
close
up
RU
Yer üzərində reallıqlar RusiyaUkrayna müharibəsi necə bitəcək? Kimi bitirəcək?

Yer üzərində reallıqlar RusiyaUkrayna müharibəsi necə bitəcək? Kimi bitirəcək?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiya özünün Kursk vilayətində əks-hücumları gücləndirib. Moskva Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin iki həftəyə ələ keçirdiyi əraziləri artıq iki aydan çoxdur ki, geri ala bilmir.

Ancaq rus qoşunları həftələrdə məhz Kurskda əks-hücum əməliyyatlarını artırıblar. Prezident Vladimir Putin Kursk vilayətini mümkün qədər tez bir zamanda geri qaytarmağa çalışır.

Bunun səbəblərini Rusiyada nəşr olunan "Nezavisimaya qazeta"nın baş redaktoru Konstantin Remçuqov "The Washigton Post" qəzetinə izah edib. Remçuqov bildirib ki, prezident Putin öz ölkəsinin ərazisinin - Rusiyanın Qərbindəki Kursk torpaqlarının Ukrayna ilə mümkün danışıqlarda sövdələşmə predmetinə çevrilməsini istəmir.

Remçuqovun sözlərinə görə, Putin başa düşür ki, yenidən ABŞ prezidenti seçilmiş Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi Rusiya ilə Ukrayna arasında danışıqlara start verəcək. Rusiya isə danışıqların "ərazi üzərindəki reallıqlar" əsasında aparılması fikrindədir. Ona görə də həm Ukraynada ələ keçirdiyi vilayətlərin hüdudlarına çıxıb, möhkəmlənmək istəyir, həm də Kursk vilayətində öz torpaqlarını geri qaytarmağa çalışır. Əks halda danışıqlar zamanı öz ərazisinin müqabilində Ukraynada ələ keçirdiyi ərazinin bir hissəsindən imtina etmək məcburiyyətində qalacaq. Buna görə Kursk vilayətinə Şimali Koreyadan 10 min əsgər gətirib və döyüşdə itkilərin həddindən çox olmasına baxmayaraq, irəliləməyə çalışır. Son hücumda mina partlaması nəticəsində Rusiya öz hərbi texnikasının 30 faizini itirib. Şəxsi heyət arasında çox böyük itkilər var. Ukrayna ərazisindəki hücumlar zamanı Rusiya qoşunlarının verdiyi canlı itkilər, eləcə də, itirdiyi hərbi texnika müqabilində ələ keçirilmiş ərazilər çox kiçikdir.

Beləliklə, gələcək danışıqlarda Rusiya ələ keçirdiyi Ukrayna torpaqlarından torpaqlarından bir qarış da olsun, geri qaytarmaq istəmir. Çünki həmin əraziləri Putin təntənəli şəkildə Rusiya əraziləri elan edib; Rusiya Krımı və Donbassın böyük bir hissəsini, sadəcə, işğal etməyib, həm də ilhaq edib. Öz Konstitusiyasında Ukraynaya məxsus olan Krım Respublikası ilə yanaşı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini də Rusiya ərazisi kimi göstərib. Putinə görə, hazırda döyüşlər Rusiyanın ərazilərində gedir. Danışıqları da "yer üzərində reallıqlar" əsasında başlamaq istəyir; Ukrayna qoşunlarının nəinki Kurskdan, eləcə də, Donbassdan çıxarılmasında israr edəcək. Bu, Ukraynanın, faktik olaraq, Rusiya ilə Qərb arasında bölünməsi demək olardı. O halda Putin 3 il ərzində (Trampın inaqurasiyasından sonra məhz 3 il tamam olacaq) apardığı müharibənin qələbə ilə başa çatdığını elan edə biləcək. Əlbəttə, Ukrayna danışıqlar zamanı bacardıqca, daha çox ərazisini Rusiyadan geri almağa çalışacaq. Prezident Volodimir Zelenski danışıqlara Ukraynanın bütün işğal olunmuş torpaqlarının geri qaytarılmasını tələbi ilə razıdır. Ancaq Rusiyanın Ukrayna torpaqlarından geri çəkilməsi real görünmür. Çünki həmin torpaqları, dediyimiz kimi, öz əraziləri hesab edir. Tramp administrasiyası isə Ukraynada müharibənin davam etməsində maraqlı olmayacaq. Çünki bu müharibə Avropanı təhdid edir. Bu halda hadisələrin inkişaf ssenarisindən asılı olaraq, NATO ilə Rusiya arasında açıq qarşıdurma yarana bilər. Tramp seçildikdən sonrakı ilk telefon danışığında Putinə: "Avropada ABŞ qoşunları var" demişdi və bir çoxları bunu Rusiyaya təhdid kimi şərh eləmişdi. Əslində təhdid elementi də var idi. Amma o cümlənin əsl mənası budur ki, Rusiya Avropa İttifaqı ərazisinə, NATO zonasına müdaxilə etmək fikrinə düşsə, ABŞ buna cavab verməli olacaq. Tramp bunu demək istəyib ki, o, müharibəni indiki halda dayandırmaq istəyir, amma müharibə davam etsə, Rusiya Ukraynanı ələ keçirsə, savaş Avropaya sıçrayar. O zaman Rusiya artıq NATO ilə birbaşa - fiziki toqquşmadan qaça bilməyəcək. Deməli, ABŞ da kənarda qala bilməz.

Beləliklə, Trampın müharibəni davam etdirməyə marağı, Putinin isə gücü yoxdur. Ukrayna isə özünün indiki halında nə müharibədə öz xeyrinə dönüş edə bilir, nə də danışıqlarda öz şərtlərini tam ölçüdə diqtə edə biləcək. Bu müharibənin necə başladığı Ukraynanın öz iradəsindən asılı olmadığı kimi, bitməsi də Ukraynadan asılı deyil. Nə hərbi, nə də diplomatik baxımdan. Bu müharibənin indiki nəticələri Ukraynanın xeyrinə deyil; "yer üzərindəki" reallıqlar Kiyevi qane edə bilməz - bu, aydındır. Ancaq mümkün danışıqlar da Ukraynanın xeyrinə ola bilməz. Çünki danışıqlarda Rusiya özünü, Ukrayna isə ABŞ-ı və Böyük Britaniyanı, Avropa İttifaqını və NATO-nu, Fransa, Almaniya və Polşanı təmsil edəcək. Rusiya UkraYnadan öz almaq istədiyni almağa çalışacaq, Ukrayna isə vermək istəmədiyini verməyə bilməyəcək. Çünki rəsmi Kiyevin danışıqlarda vermək istəmədikləri ABŞ-ın, Avropa İttifaqının və Böyük Britaniyanın vermək istədikləri olacaq. Çünki əslində bu müharibə Qərb üçün (birinci növbədə ABŞ üçün) elə Ukraynanın rusəsilli əhali ilə məskun ərazilərini Rusiyaya qaytarmaq, Ukraynanın yerdə qalan torpaqlarını öz nəzarətinə keçirib, möhkəmlənmək məqsədi daşıyırdı. Bu fikri əvvəl də yazmışdıq: ABŞ və Böyük Britaniya, eləcə də, Almaniya və Fransa Rusiyanın birbaşa əmrində, ən azı təsiri altında olan milyonlarla Ukraynalı rusu nə NATO-da istəyir, nə Avropa İttifaqında. Təsəvvür etmək çətindir: 8-10 milyon Ukraynalı rus birdən-birə Avropa İttifaqının vətəndaşına çevrilir. Bu, Rusiyanın əlində Avropa İttifaqının içərisinə yerləşdirilmiş bir bombanın pultunu hədiyyə etmək olardı. Heç Rusiya özü də bu hədiyyəyə o qədər də maraq göstərmədi; NATO gəlib Moskvanın bir addımlığına çıxmış olacaqdı. Bundan başqa Avropaya, ümumiyyətlə, Qərbə də öz ayaqları üstündə duran, öz iradəsi ilə hərəkət edən Ukrayna lazım deyildi. Çünki 2022-ci ilin fevralından əvvəlki Ukrayna Avropa İttifaqında Fransanın, Almaniyanın özlərinə potensial rəqib olacaq bir ölkə profili idi. Hələ heç Polşanı demirik. Amma indi Qərb zəif, dağıdılmış, Amerikanın silahından, Avropanın köməyindən asılı Ukrayna alacaq. Bu, Rusiyadan müstəqil və Qərbin ən azı beş ölkəsindən (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Polşadan) asılı vəziyyətə düşmüş, ərazi və əhali bütövlüyü itirilmiş, müharibədən məğlub çıxmış, dağıdılmış və sındırılmış bir Ukrayna olacaq. Artıq bu, öz qara torpaqlarını amerikalıya, ingilisə, almana, yaxud fransıza, polyaka icarəyə verib-verməmək barədə müzakirə apara biləcək bir Ukrayna deyil, Qərbin tələblərini müzakirəsiz qəbul edəcək bir Ukrayna deməkdir. Çünki ancaq Ukrayna ukraynalılara bir dövlət kimi lazımdır, onun Qərbdəki müttəfiqlərinə deyil. Ukrayna onlara ərazi kimi lazımdır. Əlbəttə, söhbət Dneprin qərbindəki Ukraynadan gedir, şərqini isə Rusiyaya ərazi kimi özünə "birləşdirib". Və indi Zelenski deyir: "Müharibə Ukrayana ərazisində gedir", Putin deyir: "Xüsusi Hərbi Əməliyyat Rusiya ərazisində gedir". Danışıqlarda Ukrayna deyəcək: "Rusiya mənim ərazimdən çıxsın", Rusiya deyəcək: "Ukrayna mənim ərazimdən çıxsın". ABŞ isə deyəcək: "Hər kəs indi olduğu yerdə qalsın". O səbəbdən, Tramp and içənə qədər Putin Kursk vilayətini azad etməyə və Ukraynadan bacardıqca daha çox torpaq qoparmağa çalışacaq.

Bir sözlə, Ukraynada Tramp erası başlayacaq; Kiyev danışıqlara məcbur qalacaq. Bir zaman Zelenskiyə xüsusi fərman imzalatmış Bayden administrasiyası Rusiya ilə danışmağı qadağan etmişdi, Tramp administrasiyası isə vuruşmağı qadağan edəcək. Danışıqlar gedəcək və Suriyadakına bənzər bir xəritə əmələ gələcək. Rusiya istədiyini tam, yaxud əsasən aldıqdan sonra Ukraynanın qalan hissəsi əsasən ABŞ və Böyük Britaniyanın, qismən də Almaniya və Fransanın təsir dairələrinə bölünəcək. Rumıniya Çernovtsıda, Polşa Lvovda, Macarıstan isə Ujqorodda öz təsirlərini artıracaq. O da bacarsalar. Və Donald Tramp amerikalılar qarşısında qalib görkəm alıb deyəcək: "Narahat olmayın, Ukraynanın əsas hissəsi bizdədir". Yəni ucsuz-bucaqsız qara torpaqlar və təbii sərvətlərdən ən böyük pay.

Həmin Tramp birinci hakimiyyəti dövründə müharibəni dayandırıb Suriyadan qoşunlarının bir hissəsini geri çəkəndə nə demişdi?! Xatırlayın. Amerika xalqına demişdi: "Narahat olmayın, Suriyanın neftlə zəngin əraziləri bizim nəzarətimizdədir".

Xatirladaq ki, Suriyada da müharibəni Demokratlar (Barak Obama) başlatmışdı, Donald Tramp (Respublikaçılar) bitirdi (hər halda ABŞ üçün). Ukraynada müharibəni də Demokratlar (Co Bayden) başlatdı, Donald Tramp (Respublikaçılar) bitirəcək. Daha doğrusu, bitirəcək kimi görünür. Rusiya ilə Ukrayna arasında bu müharibə bir şəkildə bitəcək, o, şübhəsizdir (çünki bu müharibə davam etsə, qazananı Çin, dayandırılsa, qazananı ABŞ olacaq). Ancaq əsas sual budur: bu müharibə Rusiya və Ukrayna üçün bitəcəkmi?! Danışıqlardan kim qalib, kim məğlub olaraq ayrılacaq, bunu hələ sonra biləcəyik. İndidən bir gerçəyi deyə bilərik: bu iki qardaş slavyan xalqları əbədi düşmən oldu. Hər halda "yer üzərində reallıqlar" bunu göstərir.

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri