Icma.az
close
up
RU
Yer üzündə ilk insan əslində necə yaranıb? 6 gözlənilməz nəzəriyyə

Yer üzündə ilk insan əslində necə yaranıb? 6 gözlənilməz nəzəriyyə

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Yer üzündə ilk insanın necə meydana gəldiyi sualı tarix boyu insanları düşündürüb. Bu barədə fikirlər əsasən üç istiqamətdə toplanır: dini nəzəriyyə, təkamül nəzəriyyəsi və xarici müdaxilə ideyaları. Lakin bu kateqoriyalar daxilində çoxsaylı fərqli yanaşmalar var. 

Qaynarinfo "Unian"a istinadən elm adamlarının Darvin, Bibliya və digər anlayışlardan kənara çıxaraq irəli sürdüyü altı maraqlı versiya təqdim edir.

Katastrofizm (fəlakətlər nəzəriyyəsi)

Dini nəzəriyyəyə görə, Allah əvvəlcə Adəmi, sonra isə onun qabırğasından Həvvanı yaradıb. İnsanlar Tanrının obrazı və surətində yaradıldıqları üçün ağıl, şüur və mənəvi xüsusiyyətlərə sahibdirlər. Bu nəzəriyyəyə inananlar "kreasionistlər”, bu yanaşma isə "kreasionizm” adlanır.

Fransız alim Jorj Küvye isə XVIII-XIX əsr qovşağında bu fikrə əlavələr edib və "katastrofizm” nəzəriyyəsini irəli sürüb. O hesab edir ki, Tanrı Yeri bir neçə dəfə yaradıb və bəyənmədikdə müxtəlif fəlakətlər (asteroidlər, zəlzələlər, daşqınlar və s.) göndərib. Bu, dinazavr fosillərinin mövcudluğunu izah edə, eyni zamanda Bibliyadakı yaradılış versiyasına da zidd olmaya bilər. Lakin bu fikir geniş dəstək qazanmayıb.

İnsanın meymundan əmələ gəlməsi (Darvinizm)

1859-cu ildə britaniyalı alim Çarlz Darvin insanın təkamül nəticəsində meymunabənzər canlıdan yarandığını irəli sürüb. O, "Təbiət seçimi yolu ilə növlərin mənşəyi” adlı əsərində bu nəzəriyyəni elmi əsaslarla təqdim edib.

Müasir elm adamları bu fikri qismən təsdiqləyiblər. Məsələn, Homo habilis (bacarıqlı insan) təxminən 3 milyon il əvvəl yaşayıb. Sonradan bu növ təkamülə uğrayaraq, təqribən 300 min il əvvəl Homo sapiens meydana gəlib. Bu isə Darvinin təkamül nəzəriyyəsinin hələ də ən geniş qəbul edilən versiya olmasına zəmin yaradır.

Əmək nəticəsində təkamül (Marksist nəzəriyyə)

Alman filosofu və marksist Friedrix Engels 1870-ci ildə təkamülə dair öz fikirlərini yazdığı məqalədə qeyd edirdi ki, insanı meymundan fərqləndirən əsas faktor əməkdir. O hesab edirdi ki:

* Meymunlar dik durmağa məcbur oldular ki, əlləri boş qalsın;

* Əmək prosesində əl və barmaqlar inkişaf etdi;

* Birgə əmək ünsiyyət ehtiyacını doğurdu və danışıq bacarığı formalaşdı;

* Zəka və fiziki hərəkətlər beyin inkişafını sürətləndirdi.

Engelsə görə insan mədəniyyəti əslində əmək vasitəsilə formalaşıb. Bir çox tədqiqatçı bu "əmək nəzəriyyəsini” məntiqli sayır.

Mutasiya nəzəriyyəsi

Niderlandlı alim Huqo de Friz XX əsrin əvvəlində ilk insanın mutasiyalar nəticəsində meydana gəldiyini irəli sürüb. Onun fikrincə, Yer üzündə müxtəlif orqanizmlər hər zaman mövcud olub, bəziləri tələf olub, bəziləri yaşamağa davam edib, bəziləri isə mühitin təsiri ilə dəyişib - yəni mutasiyaya uğrayıb.

Friz arxeoloji tədqiqatlara əsaslanaraq ilk insanların Şərqi Afrikada yaşadığını göstərib. Həmin ərazidəki qeyri-sabit şərait – uran yataqları, tektonik hərəkətlər, vulkan püskürmələri və yüksək radiasiya – canlıların sağ qalmasını çətinləşdirib. Bu səbəblə insanlar başqa bölgələrə miqrasiya ediblər. Friz məhz bu sərt mühitin mutasiyaları sürətləndirdiyini irəli sürürdü.

Su mənşəli nəzəriyyə (Akvatik nəzəriyyə)

1960-cı ildə britaniyalı bioloq Alister Hardi insanın dəniz kənarında yaşayan primatlardan təkamül etdiyini irəli sürüb. O deyirdi ki, bütün meymunlar meşələrdə yaşamayıb – bəziləri dəniz və okean sahillərində mövcud olub. Onlar sualtı yem axtarışına görə adaptasiya olunaraq tədricən dik durublar və əlləri ilə yem axtarıblar.

Hardiyə görə, su ilə uzunmüddətli təmas səbəbindən tüklər nazikləşib və zamanla yoxa çıxıb. O, həmçinin insan körpələrinin doğuşdan sonra suya uyğunlaşdırılmış reflekslərə (üzmək, nəfəsini saxlamaq) sahib olduğunu, insanın dərialtı piy qatının dəniz məməliləri ilə oxşar olduğunu vurğulayırdı. Lakin digər tədqiqatçılar bu nəzəriyyəyə skeptik yanaşırlar.

Panspermiya (Kosmosdan həyat nəzəriyyəsi)

Hələ eramızdan əvvəl V əsrdə yunan filosofu Anaksaqor həyatın Yerə kosmosdan gətirildiyini iddia etmişdi. Sonradan bu fikir bir çox alim tərəfindən dəstəklənub. Panspermiya nəzəriyyəsinin bir neçə versiyası var:

* Mikroorqanizmlər kosmik gəmilər və ya asteroidlər vasitəsilə Yerə gətirilib;

* Əcnəbilər Yerə gəlib və onların nəsli bəşəriyyətin əsasını qoyub;

* İnsanabənzər canlılar kometa və ya asteroidlə Yerin səthinə düşüb.

Bu nəzəriyyəyə görə, həyat üçün zəruri komponentlər – şəkərlər, amin turşuları və RNT-nin formalaşmasına səbəb olan birləşmələr – kosmosdan gətirilib. Tənqidçilər isə bu fikrə qarşı çıxaraq bildirirlər ki, heç bir orqanizm kosmosdakı ekstremal soyuq və radiasiya şəraitində sağ qala bilməz. Bununla belə, panspermiya nəzəriyyəsi hələ də bir çox alim və astronomun diqqətini cəlb edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyun 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri