İnsan fəaliyyətinin fəsadları: Yer üzündə yeni fəsillər yaranıb
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Planetimizdə iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi səbəbindən yeni fəsillər yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Live Science" yazır.
Qeyd olunub ki, bu fəsillər insan fəaliyyətinin təsiri altında yaranıb.
Məsələn, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində səmanın bir neçə həftə ərzində tüstü ilə örtüldüyü "tüstülü fəsillər" yaranıb. Bu, xüsusilə ilin quraqlıq dövründə kənd təsərrüfatı sahələrini genişləndirmək üçün meşələrin kütləvi şəkildə yandırılması ilə əlaqədardır.
Alimlər, həmçinin Asiyanın cənubunda noyabrdan mart ayına qədər, su axınlarının sahilə çoxlu plastik gətirdiyi "zibil mövsümü"nü də müəyyən ediblər.
Eyni zamanda alimlər hesab edirlər ki, adət etdiyimiz fəsillər getdikcə yox olur və bunun bəşəriyyət, canlı ekosistemlər üçün mənfi nəticələri olacaq.
Baxış sayı:126
Bu xəbər 28 İyul 2025 06:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















