Icma.az
close
up
RU
Yerdəki həyatın mənşəyi ilə bağlı gözlənilməz bir nəzəriyyə...

Yerdəki həyatın mənşəyi ilə bağlı gözlənilməz bir nəzəriyyə...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu proses “qeyri-üzvi fotosintez”in unikal versiyasına bənzəyirdi...

...Çinli bir alim Yer kürəsində həyatın mənşəyi ilə bağlı yeni bir fərziyyə irəli sürüb və fermentə bənzər xüsusiyyətlərə malik mineral nanopartikulların cansız maddələrin ilk bioloji molekullara çevrilməsində əsas rol oynadığını irəli sürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Research jurnalında dərc edilib.

Yer üzündə həyatın necə yarandığı məsələsi hələ də həll olunmamış ən böyük elmi sirrlərdən biri olaraq qalır.

Bir çox fərziyyə mövcuddur, lakin heç biri hələlik sadə kimyəvi birləşmələrdən canlı orqanizmlərə gedən yolu tam izah etməyib.

Şençjen Universitetinin professoru Yondonq Cin "nanozim fərziyyəsi" adlandırılan yeni bir yanaşma təklif edib. Nanozimlər kimyəvi reaksiyaları sürətləndirən bioloji katalizatorlar olan fermentlərə bənzər funksiyaları yerinə yetirə bilən nanopartikullardır.

Yeni modelə görə, metallardan, metal oksidlərindən və sulfidlərdən ibarət təbii mineral nanozimlər erkən Yer kürəsində mövcud idi. Onlar günəş işığının, istilik və elektrik boşalmalarının enerjisindən istifadə edərək ilkin atmosferdən sadə qazları daha mürəkkəb üzvi birləşmələrə çevirə bilərdilər.

Müəllif bu prosesin "qeyri-üzvi fotosintez"in unikal versiyasına bənzədiyini irəli sürür.

Mineral nanopartiküllər təkcə kimyəvi reaksiyaları sürətləndirməklə kifayətlənməyib, həm də əmələ gələn molekulları ultrabənövşəyi şüalanmadan qoruyub, onların səthlərində reagentləri cəmləşdirib və ən sabit kimyəvi strukturların seçilməsində iştirak edib.

Tədqiqatçının fikrincə, məhz bu proseslər tədricən məlumatı saxlaya və çoxalda bilən ilk molekulların - həyatın ən vacib xüsusiyyətlərindən birinin - meydana gəlməsinə səbəb ola bilərdi.

Yonqdonq Cin vurğulayıb ki, onun işi həyatın mənşəyi ilə bağlı mövcud nəzəriyyələri təkzib etmir, əksinə kimyəvi təkamülün ayrı-ayrı mərhələlərini vahid bir mənzərəyə bağlamağa kömək edə biləcək birləşdirici konsepsiya təklif edir. Lakin, hələlik fərziyyə nəzəri olaraq qalır və eksperimental yoxlama tələb edir.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyun 2026 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri