Yerdəki suyun mənşəyinə dair yeni fikirlər Köhnə nəzəriyyə çökə bilər
Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin Oksford Universiteti və ölkənin milli sinxrotron elmi müəssisəsi tərəfindən aparılan araşdırma Yerdəki suyun mənşəyi ilə bağlı uzun müddətdir mövcud olan nəzəriyyələrə qarşı çıxır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İndiyə qədər elm adamları Yerə suyun planet yarandıqdan sonra, tərkibində su olan meteorlar və kometlər vasitəsilə gəldiyini düşünürdülər.
Ancaq yeni tapıntılar suyun planetin tikinti bloklarında hər zaman mövcud ola biləcəyini ortaya qoyub.
Tədqiqat zamanı "enstatit xondritlər" (EC) kimi tanınan nadir meteoritlər araşdırılıb. Onların tərkibi Yerin erkən əmələ gəlməsi dövründən süxurlara bənzər tərkibə malikdir.
Qabaqcıl bir rentgen analiz texnikası ilə aparılan araşdırmalarda bu meteoritlərin Yer okeanlarını meydana gətirəcək qədər hidrogen ehtiva etdiyi müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 Aprel 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















