Yerə iki ulduzlararası naməlum obyekt düşüb
Icma.az, Reyting.az saytına istinadən bildirir.
İki naməlum və iri kosmik obyekt Günəş sistemindən kənardan Yerə daxil olub. Bu nəticə amerikalı astronomların NASA-nın Yerə yaxın obyektlərin tədqiqat mərkəzinin məlumat bazasındakı informasiyaları və mövcud dəlilləri təhlil etməsi zamanı əldə olunub.
Reyting.az xəbər verir ki, alimlərin qənaətincə, sözügedən obyektlər Yerə düşüb. NASA mütəxəssisləri bildiriblər ki, obyektlərin Yerə düşmə vaxtı və məkanı dəqiqliklə müəyyən edilib.
Araşdırmalara əsasən, obyektlərdən biri 28 iyul 2022-ci ildə Sakit okeana yaxın tropik zonada, Peru sahillərindən təxminən yüz kilometrlərlə uzaqda, digəri isə 12 fevral 2025-ci ildə Barens dənizində - Yeni Torpaq ilə Frans-İosif torpaqları arasında okeana düşüb.
Alimlər qeyd ediblər ki, bu obyektlərin sürəti saniyədə 45-47 kilometrə çatıb. Bu isə Günəş sistemindən Yerə “qaçış” üçün tələb olunan minimum sürət həddinə uyğundur. Bir milyon kompüter simulyasiyasının nəticələri göstərib ki, ölçmə xətaları nəzərə alınsa belə, bu cisimlərin Günəş sisteminə aid olma ehtimalı olduqca aşağıdır.
Tədqiqatlar Harvard Universitetinin professoru Abraham Lёb və onun həmkarı, astronom Riçard Kloetin rəhbərliyi ilə aparılıb. Əldə olunan nəticələr ilkin olaraq elmi platformasında dərc edilib.
NASA alimlərinin fikrincə, naməlum səbəblərdən kosmosdan qopan və Yerə düşən ulduzlararası obyektlərin sayı elm aləminin indiyədək təsəvvür etdiyindən daha çox ola bilər.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Fevral 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















