Yerə maqnit qasırğası yaxınlaşır Xəbərdarlıq
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Yer kürəsində yaxın 24 saat ərzində maqnit qasırğasının baş vermə ehtimalı 75 faiz qiymətləndirilir.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzi məlumat yayıb.
Mərkəzin proqnozuna görə, Günəş küləyinin sürəti saniyədə 600 kilometr və daha yüksək həddə çata bilər. Bu isə geomaqnit sahəsində zəif (G1) və ya orta (G2) gücündə maqnit qasırğasının yaranmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, geomaqnit aktivliyinin artması iyulun 30-da Günəşdə qeydə alınmış tac kütləsi atılması ilə əlaqədardır. Proqnoza əsasən, maqnit qasırğasının yaxın gecənin ikinci yarısında başlaması və təxminən 6-9 saat davam etməsi gözlənilir.
Bununla yanaşı, qeyd olunur ki, maqnit qasırğası səviyyəsinə çatmayan geomaqnit pozuntuları bazar gününün sonuna, eləcə də bazar ertəsinin ilk yarısınadək müşahidə oluna bilər.
Baxış sayı:150
Bu xəbər 02 Avqust 2026 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















